Macarıstanda keçirilən Dünya Kubokunda gimnastımız qalib oldu
17.3.2014

Dünən Macarıstanın Debresen şəhərində keçirilən bədii gimnastika üzrə Dünya Kuboku başa çatdı.

Senyor dərəcəli bədii gimnastımız Mariya Durunda final çıxışında halqa ilə oyun zamanı qələbə qazaraq qızıl medal əldə edib.

Bununla yanaşı, yuniorların yarışında idmançımız Jalə Piriyeva da finalda halqa ilə çıxış edib və 3-cü yerə sahib olub. Finalda toppuzla çıxış edən Züleyxa İsmayılova isə bürünc medala layiq görülüb.

Qrup komandamız 3 top və 2 lentlə çıxışda yarışın üçüncüsü olub.

Xatırladaq ki, şənbə günü olan çıxışlarında komandamız idmanın müxtəlif növləri üzrə yarışda 1-ci yeri tutub. Yuniorlar isə komanda oyunlarında bürünc medal qazanıb.

Gün.Az