Bakıya yeni avtobuslar gətirilib
18.3.2014

Bakı şəhəri ərazisində sərnişindaşıma xidmətlərinin göstərilməsi üçün Cənubi Koreya istehsalı olan daha 20 ədəd yeni avtobus Azərbaycana gətirilib. «Daewoo» markalı olan bu avtobuslar iki qapılıdır və 24 sərnişin üçün nəzərdə tutulub.

Avtobuslar istilik sistemi ilə təchiz olunub.

Qeyd edək ki, yeni avtobuslar üç marşrut xəttinə buraxılıb. Həmin marşrutların nömrələri 65, 79 və 85-dir.

Yeni avtobuslar fərdi sahibkara məxsusdur. Bu modeldən olan bir avtobusun qiyməti təxminən 82 min manat təşkil edir.

APA