Azərbaycanda uşaqlar üçün yeni bədii film çəkiləcək
18.3.2014

C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında uşaqlar üçün yeni bədii film çəkiləcək.

Kinostudiyanın direktoru Müşfiq Hətəmovun verdiyi məlumata görə, “Dəyərli adlar” filmi uşaqlar arasında ünsiyyətdən, onların həyata, müasir texnologiyaya münasibətindən bəhs edir.

Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, rejissorları Cavid Əhmədov və Rafiq Əliyevdir.

APA