Bu gün Bakıda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbəri olduğu İDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə I Azərbaycan Ətraf Mühit Forumu keçirilir.
Forum “Azərbaycanın yaşıl sabahını birgə quraq” şüarı altında baş tutub.
Sözügedən forum Azərbaycana ətraf mühit sahəsində fəaliyyət göstərən dövlət və qeyri-hökumət təşkilalarını bir araya gətirərək ölkəmizdəki mövcud ekoloji problemlərin həlli istiqamətində fikir mübadiləsi aparılması üçün vahid platforma rolunu oynayıb.
Tədbirin əvvəlində İDEA-nın fəaliyyəti haqqnda film nümayiş etdirilib.
Forumda çıxış edən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib ki, Azərbaycanın bütün sahələrdə inkişafı göz qabağındadır və hər bir sahədə vətəndaş cəmiyyətinin bu prosesdə rolunun olması vacibdir:
“Ətraf mühitdə insanların rolu daha vacibdir. Illər ərzində ölkədə bu sahədə çox işlər görülür. Ətraf mühit sahəsində geriyə baxanda təəccüblə fikirləşirik ki, problemləri necə həll etdik" - deyə nazir vurğulayıb.
Nazir deyib ki, cəmiyyətin diqqət mərkəzində olan bir çox məsələlər, o cümlədən yaşıllıqların salınması, tullantıların idarəolunması, mühafizə olunan ərazilərin genişləndirilməsi, onların daha keyfiyyətli idarəolunması sahəsində müasir dövlətlərə xas olan infrastrukturun yaradılması vacib şərtdir.
H.Bağırovun sözlərinə görə, Azərbaycada 1 milyona yaxın əhalinin hələ də qazlaşdırılmayan ərazidə yaşamasına baxmayaraq, odunlardan istifadə ilə balı da müəyyən nailiyyətlər əldə edilib:
"Həmin insanlar odundan istifadə etmək məcburiyyətindədirlər. Buna baxmayaraq, burada da nailiyyətlər var. Hətta peykdən əəldə olunan şəkillərdən də görünür ki, Qəbələ, İsmayıllı və başqa ərazilərdə 300-400-500 hektarlıq açıq yaşıl rəngdə olan örtüksüz ərazilər tünd yaşıl rəngə çevrilməkdədir. Bunun nəticəsində isə meşələrimizin ərazisi 0,4% artıb” - deyə H.Bağırov bildirib.
Nazir qeyd edib ki, ölkədə təhlükəli tullantıların idarəolunmasında çox yaxşı nailiyyətlər əldə olunub. Ətraf mühit sahəsində 3-cü sektorla dövlət orqanlarının münasibətləri də çox intensivdir, tərəflərin münasibətlərinin düzgün formalaşması üçün platformaları var.
"Bununla yanaşı, ETSN-də ətraf mühitlə bağlı Ekoloji Şura formalaşıb: “Şuranın iclaslarında iştirak sərbəstdir. Bir çox vacib, ətraf mühitə təsirlərləri müşahidə olunan iri layihələrin ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədləri mütləq şurada müzakirə edilir. Bundan sonra sənədlər QHT-lərin rəyləri nəzərə alınmaqla formalaşır. Həmin rəy isə ictimai rəyə çevrilir” - deyə nazir qeyd edib.
H.Bağırov deyib ki, güclü vətəndaş cəmiyyətinə ehtiyacları var:
“Daxili möhkəmlik, birlik çox vacibdir. Bu forumu çağıran İDEA hərəkatı hərtərəflıi geniş tədbilər həyata keçirir, irihəcmli layihələrə dəstək verir” - deyə H.Bağırov diqqətə çatdırıb.
Daha sonra çıxış edən BMT-nin rezident əlaqələndiricisi Antonius Broek qeyd edib ki, ətraf mühitin qorunması işində birgə əmək, qarşılıqlı əməkdaşlıq çox vacib faktordur. Bu işə gənclərin cəlb olunmasını vacib hesab edən BMT rəsmisi İDEA İctimai Birliyinə ətraf mühitin qorunmasına gənclərin fəal şəkildə cəlb olunmasına görə təşəkkür edib.
A.Broek bildirib ki. bütün dünyada artıq daha çox insan ətraf mühit məsəllərinə əvvəlki kimi yanaşmağın düzgün olmadığını başa düməyə başlayır.
"Yer planetini xilas etmək və dünzyada, o cümlədən Azərbaycanda yaşayan insanlar üçün dayanıqıqı gələcyi təmin etmək üçün bütün isanların birgə, geniş fəaliyyətdə itirakı tələb olunur. Bu baxımdan vətəndaş çəmiyyətinin bu sahəyə cəlb olunması mühüm əhəmiyyət kəsb edir" - deyə A.Broek bildirib.
BMT rəsmisi əminliklə deyib ki, bugünki forum Azrbaycanda, eləcə də dünyada ətraf mühitin vəziyyətinə və dayanıql inkişafına əhəmiyyətli dərəcədə təsir göstərəcək.
Tədbirdə çıxış edən qonaqlar Azərbaycanda ətraf mühit sahəsində həyata keçirilən unikal təşəbbüslərə görə Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevaya öz təşəkkürlərini bildirib, İDEA-nın fəaliyyətinə uğurlar arzulayıblar.
Forum daha sonra iki fərqli müzakirə paneli ilə davam edib.
Gün.Az