Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Milli Məclisin (MM) xüsusi iclası keçirilir.
MM sədri Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclas 1 dəqiqəlik sükutla
başlayıb. İclasda Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində
müzakirələr olacaq, sənəd və qərarlar qəbul ediləcək.
Qeyd edək ki, MM-in foyesində Xocalı faciəsini əks etdirən foto və
sənədlərdən ibarət sərgi də təşkil olunub. O. Əsədov bu gün sərgi ilə
tanış olub.