Yeni mövsümdə manikür trendləri canlı
rənglərdən və təsvirlərdən ibarətdir. Bu mövsüm geomerik naxışların
dırnaqlarda yer aldığı sənətə “Nail Art” deyilir. Təbii rənglərdən əlavə
2014 yaz manikür trendlərə göz atmağa nə deyirsiniz?
Yarım ay manikürü - Olduqca feminen və eleqant
görünən yarım ay manikür, 2014 yaz mövsümünün ən önəmli manikür
trendlərindən biridir. Yarım ay manikürü adətən qırmızı rəngdə istifadə
edilsə də, bu il rəngli versiyada qarşımıza çıxacaq.

Xallı manikür – Bu yaz xallı təsvirlər bütün geyim
əşyalarını zəbt edib. Buna görə də, dırnaqlarda xallı təsvirləri görmək
təəccübləndirici deyil. Bəzəkli dırnaqları sadə geyimləri darıxdırıcı
olmaqdan xilas etmək üçün istifadə edə bilərsiniz.

Metal manikür - Metal trendi hər şeyi öz
hakimiyyəti altına alıb dırnaqlara da təsir edib. Metal manikür 2014 yaz
mövsümünün ən çox diqqət çəkən trendləri arasındadır. Metal
dırnaqlardan başqa, fransız manikürünə də hazır olun.

Bənövşəyi manikür - Yazın əsas rəngi bənövşəyidirsə, bu, dırnaqlarda da özünü göstərəcək. Bənövşəyi yaz mövsümündə dırnaqları da bəzəyəcək.
.jpg)
Ağ manikür - 90-cı illərin dəb küləyi bu mövsüm
özünü göstərəcək. Ağ boyalı dırnaqlar baharın tarəvətini özündə əks
etdirəcək. Ağ dırnaq boyası ilə qaralmış dəri mükəmməl görünür.

Neytral tonlar - Açıq rənglər: zərif yaşıl, incə
çəhrayı, süd və rəngin çalarları dırnaqlarda da öz sözünü deyəcək. Belə
ki, dırnaqları təbii göstərən dırnaq boyaları da dəbdə olacaq.

Publika.Az