Qoç - tələsməyin, gözləyin. Qətiyyətli davranmağa
can atsanız da, indi əlverişli zaman deyil. Fikirlərinizi özünüzdə
saxlayın. Hətta ən inanılmış insanlarla söhbətlərdə belə, etiraflara
varmayın. Şəxsi həyatınızla bağlı məsələləri müzakirə etməyin.
Ünvanınıza xoşagəlməz tənqidlər eşidə bilərsiniz. Qarışıq və mənasız
məsləhətlər yaşanan situasiyanı daha da ağırlaşdıra bilər.
Sadəcə, səbrli olun. Gərəkli məlumatı az sonra alacaqsınız. Belədə dürüst qərar qəbul etmək də çətin deyil.
Günün ikinci yarısında özünüzü qoruyun. Orqanizm qayğı tələb edir.
Ekstremal macəralara qapılmayın.
Buğa
- peşəkar fəaliyyət müstəvisində irəliləyişlər istisna deyil.
Kommersiya fəaliyyəti üçün əlverişli zamandır. İşgüzar intuisiyanıza
güvənə bilərsiniz. Tamamilə yeni layihəyə və ya sifarişin icrasına
başlayırsınızsa, görəcəyiniz işlə bağlı mümkün qədər çox məlumat əldə
etməyə çalışın.
Minimal səviyyədə məlumatla işləmək olmaz. Liderlik məziyyətlərinizi nümayiş etdirin. Belə olarsa, işdə rəhbərlik sizi sezəcək.
Günün
ikinci yarısında fiziki işləri bir qədər azaldın. Özünüzü çox yormayın.
İmicdə radikal dəyişikliklərə varmayın. Amma geyimdə adi stildən bir
qədər çəkilmək olar.
Əkizlər -
sürətlə hərəkət edin. Gün hadisələrlə doludur, uzun-uzadı
düşünüb-daşınmaq üçün vaxt yoxdur. İntuisiyanız fasiləsiz işləyir, sizə
yaxşı siqnallar verin. Məhz bunun sayəsində rəqiblər və bədxahlarla
müqayisədə daha sürətlə hərəkət edin.
Pul gələ bilər. Yeni tanışlardan birindən qiymətli hədiyyə ala bilərsiniz.
Peşəkar
fəaliyyət müstəvisində qarşılaşdığınız çətinlikləri şəxsi
münasibətlərinizdəki problemlərlə müqayisədə daha sürətlə həll
edəcəksiniz. Sevdiyiniz insanla dil tapmaq asan deyil. Ən kiçik
məsələlərdə münaqişələr yarana bilər. Bu gün yaranacaq münasibətlər asan
və rəvan olmayacaq.
Xərçəng -
maliyyə işləri xüsusi ehtiyat və sayıqlıq tələb edir. Pulla bağlı
məsələlərdə dürüst qərar qəbul etmək asan deyil. Kiçik detalları
görürüsünüz, amma situasiyanı ümumilikdə dəyərləndirməkdə çətinlik
çəkirsiniz. Gərəkli məsləhət vermək, addım və qərarlarınızı
realistcəsinə, obyektiv dəyərləndirə biləcək insanların yanınızda olması
məsləhətdir.
İşdə rəhbərliklə kəskin mübahisə yarana bilər. Yeni işdirsə, konkret davranın.
Günün
ikinci yarısında əhvalın pisləşməsi, xroniki ağrıların kəskinləşməsi
istisna deyil. Mədə-bağırsaq sistemindən xüsusilə muğayat olun.
Kulinar eksperimentlər üçün uyğun gün deyil.
Şir
- ən kiçik problem və ya çətinlik sizi təbdən çıxarmasın. Soyuqqanlı,
təmkinli olun. Heç bir suçu olmayan insanları acılamayın, sizə dəyər
verən şəxslərlə aqressiv davranmayın. Əks təqdirdə əməllərinizə görə
sonradan peşman ola bilərsiniz.
Günün ikinci yarısında işdə
problemlər yarana bilər. Çətinliklərin öhdəsindən gəlmək üçün
müttəfiqlər, habelə daha təcrübəli həmkarların yardımlarına ehtiyacınız
var. Maliyyə fonu uğurludur. Gəlirlər gözləntilərinizdən də artıq
olacaq.
Qız - təmaslar, mühüm
görüş və işgüzar danışıqlar üçün əlverişli gündür. İndiyədək daim
mübahisə və münaqişədə olduğunuz insanla danışıqlarda ortaq məxrəcə
gəlmək olar. Qarşı tərəfdə özünüzlə bağlı xoş təəssürat yaratmağa
çalışın. Bizneslə bağlı əla ideyalar peyda olacaq. Rəqib və ya
bədxahlardan biri daha fəndgir tərpənməmiş həmin ideyanı reallaşdırmağa
çalışın.
Günün ikinci yarısında yaxınlarınızla təmaslarda
ehtiyatlı, diqqətli olun. Neqativ emosiyaların əsiri olmayın. Əyləncə və
ya istirahət məkanına yollanmaq pis sonuclana bilər.
Axşam saatlarında bədxərclik etməyin.
Tərəzi
- görüşlər xoş keçəcək, ünsiyyət pozitiv emosiyalar yaradacaq.
İndiyədək öz fikrindən savayı kimsənin dediyini bəyənməyən insanlar
belə, sözlərinizə qulaq asmağa başlayacaqlar. Tələsməmək çox mühüm
məsələdir. Bütün problemləri dərhal həll etmək mümkün deyil.
Çətinlikləri ardıcıl şəkildə çözmək lazımdır.
İndiyədək tam
inandığınız insan maliyyə işlərini nizama salmağa mane olacaq. Köhnə
dostlar və ya müttəfiqlərdən birini itirə bilərsiniz.
Az
sonra ciddi məcraya düşəcək münasibət başlaya bilər. Nə istədiyinizi
dəqiqləşdirin. Kimsəyə imkan verməyin ki, sizinlə manipulyasiya etsin.
Əqrəb
- yeni ideyalar və planları reallaşdırmaq üçün yetərincə güc, enerjiniz
var. Hansısa iş alınmasa belə, ruhdan düşməyin, geri çəkilməyin. Yeni,
məhsuldar əməkdaşlığa başlamaq olar.
Tərəfdaş və ya müttəfiqi
diqqətlə seçin. İşgüzar səfərlərə yola düşməzdən əvvəl ciddi
hazırlaşın, şərtləri və detalları müzakirə edin.
Yeni
tanışlıqlar istisna deyil. Fəqət, romantik münasibətlərə başlamağa
tələsməyin. Şəxsi həyatınızla bağlı mühüm qərarlar qəbul etməzdən əvvəl
dostlar və yaxınlarınızla məsləhətləşin.
Oxatan
- mürəkkəb, genişmiqyaslı, ağır və mühüm işlər üçün əlverişli gündür.
Çətinliklər sizi qorxutmasın. İstənilən səddi dəf edə bilərsiniz. İşdə
kiçik problemlər və anlaşılmazlıqlar, rəhbərliklə mübahisə istisna
deyib. Qapını çırparaq getmək, bu lənətə gəlmiş yerdən qurtulmaq istəyi
yarana bilər. Fəqət, soyuqqanlı olun, təmkinli davranın.
Bir qədər sonra anlayacaqsınız ki, hər şey o qədər pis deyil.
Günün
ikinci yarısı daşınmaz əmlakla bağlı əməliyyatlar, habelə köç və ya
təmirə başlamaq üçün düşərli zamandır. Uzaq səfərə, yaxud səyahətə
yollanmaq olar. Bir şərtlə ki, yanınızda sadiq dostlar olsun.
Axşam saatlarında pul gələcək. Alış-veriş etmək olar.
Oğlaq
- uğursuz, çətin, qarışıq gündür. Çətinliklərin sayı artır. Bu
yaxınlaradək sizə müttəfiq olan insanlar yolunuzda maneə və sədlər
yaradırlar. İşdə rəhbərliklə dil tapmaq ağırdır. Elə bir situasiya
formalaşa bilər ki, iş yerini dəyişmək məcburiyyəti qarşısında qala
bilərsiniz. Daha çox çalışmaq şəxsi planlarınızda dəyişikliklərə ehtiyac
yaradır.
Günün ikinci yarısında yaxınlarınız çətin
situasiyaya düşdüyünüzü anlayacaq, sizi dəstəkləyəcəklər. Romantik
görüşü ertələyin. Dostlarla təmaslar pis keçməyəcək. Özünüzü soyuğa
verməyin. Soyuqdəymə və zökəm riski var.
Dolça
- uzaq səfərlərə yollanmaq sərfəli deyil. Evə nə qədər yaxın olsanız,
gün bir o qədər uğurlu olacaq. Maraqlı işgüzar təkliflərin alınması
istisna deyil. Əvvəllər məhsuldar əməkdaşlıq etdiyiniz insanlardan biri
ilə yeni layihəyə başlaya bilərsiniz. Peşəkar fəaliyyət müstəvisindəki
əlaqələrin bəzilərini bərpa etmək olar. Romantik münasibətlərlə risk
etməyin.
Bir zamanlar sizə yaxın olan insana yenidən qayıtmaq yaxşı heç nə vəd etmir.
Günün ikinci yarısında travma riski böyükdür. Ehtiyatlı davranın.
Axşam saatlarında aktiv istirahətə üstünlük verin.
Balıqlar -
tələsməyin, düşünülməmiş qərarlar qəbul etməyin. Yaranmış situasiyanı
təhlil etmək və formalaşan ünsürləri anlamaq üçün yetərincə vaxt var.
Dürüst qərar verin, sonra da onu həyata keçirin. Tələsən və ya vurnuxan
insanların uğursuzluğa duçar olduğunu unutmayın. Təmkinli davrasanız,
parlaq qələbələrə nail ola bilərsiniz.
İşgüzar görüşlər pis keçməyəcək. Özünüz üçün ən sərfəli şərtlərlə anlaşma və ya sövdələşmələrə nail ola bilərsiniz.
Günün
ikinci yarısında aktiv olun. Zərərli vərdişdən qurtulmaq, normal
istirahət etmək imkanları var. Qəfil hədiyyə ala bilərsiniz.
Milli.Az