Masallılılar baharın gəlişini böyük sevinclə bayram etmişlər - FOTO
19.3.2014

Masallı şəhərində keçirilən Novruz şənliyində yüzlərlə rayon sakini baharın gəlişini böyük sevinclə bayram etmişdir.

Mərasim iştirakçıları rayonun ayrı-ayrı kəndlərinin özünəməxsus məşğuliyyəti, qədim adət və ənənələri, xalq tətbiqi sənəti nümunələri, milli mətbəxi, Novruz şirniyyatı, bayram geyimləri ilə, Novruzun gəlişini əks etdirən müxtəlif sərgilərlə tanış olmuşlar.
Dədə Qorqud və Bahar qızı da təbriklərə qoşularaq rayon sakinləri ilə bayram sevinclərini bölüşmüşlər.

Novruzun personajları olan Keçəl və Kosa milli paltar geyinmiş oğlan və qızlarla birgə bayram tonqalı ətrafında dövrə vuraraq yallı getmişlər.

Rayonun bədii özfəaliyyət kollektivlərinin və idmançıların çıxışları bayram iştirakçılarına xoş ovqat bəxş etmişdir.


AzərTAc