Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlərdən (həm əvvəlki illərin, həm də cari ilin məzunları üçün) internet vasitəsi ilə ərizələrinin qəbulu aprel ayının 1-dən 30-dək aparılacaq.
TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, ərizə qəbulu haqqında elanın tam mətni “Abituriyent” jurnalının 2-ci sayında dərc olunaraq mart ayının sonlarında ictimaiyyətə təqdim olunacaq.
Jurnalda həmçinin bəzi materiallar öz əksini tapacaq.
Bunlara “Elektron ərizə verən abituriyent üçün təlimat, “Elektron ərizə"nin doldurulma qaydası və nümunəsi”, “Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqənin keçirilməsi şərtləri (ali təhsil müəssisələri və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə)”, “2013-cü ildə tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları”, “Bəzi test tapşırıqlarının izahı və tövsiyələr”, “Abituriyentlər üçün elmi-metodiki məqalələr” daxildir.
APA