"Eurovision 2012" mahnı müsabiqəsinin keçiriləcəyi "Bakı Kristal
Zalı"nda tikinti işləri artıq son mərhələsinə çatıb. Hazırda zalın
üzərindəki kristallar quraşdırılır.
Xatırladaq ki, Avropa Yayımları Birliyi yanvarın 25-də "Bakı Kristal
Zalı"nı "Eurovision 2012" mahnı müsabiqəsinin keçiriləcəyi məkan kimi
təsdiqləyib. Yanvar ayında arenada olan Avropa Yayımları Birliyinin
nümayəndələri aparılan tikinti işləri ilə tanış olub və bu zalın ən
yüksək standartlara cavab verdiyini bildiriblər.
"Eurovision 2012" mahnı müsabiqəsinin keçiriləcəyi "Bakı Kristal
Zalı"nın yaxınlığında müsabiqədə akkreditasiya olunmuş jurnalistlər üçün
xüsusi Mətbuat Mərkəzi də inşa olunur.
Hazırda mərkəzdə tikinti işləri sürətlə davam edir.
Trend