"Eurovision 2012"-nin keçiriləcəyi "Bakı Kristal Zalı"nda tikinti işləri son mərhələsinə çatıb
24.2.2012

"Eurovision 2012" mahnı müsabiqəsinin keçiriləcəyi "Bakı Kristal Zalı"nda tikinti işləri artıq son mərhələsinə çatıb. Hazırda zalın üzərindəki kristallar quraşdırılır.
Xatırladaq ki, Avropa Yayımları Birliyi yanvarın 25-də "Bakı Kristal Zalı"nı "Eurovision 2012" mahnı müsabiqəsinin keçiriləcəyi məkan kimi təsdiqləyib. Yanvar ayında arenada olan Avropa Yayımları Birliyinin nümayəndələri aparılan tikinti işləri ilə tanış olub və bu zalın ən yüksək standartlara cavab verdiyini bildiriblər.
"Eurovision 2012" mahnı müsabiqəsinin keçiriləcəyi "Bakı Kristal Zalı"nın yaxınlığında müsabiqədə akkreditasiya olunmuş jurnalistlər üçün xüsusi Mətbuat Mərkəzi də inşa olunur.
Hazırda mərkəzdə tikinti işləri sürətlə davam edir.

Trend