Britaniyalı rəssamın eksklüziv nərdi - FOTO
19.3.2014

Britaniyalı rəssamın eksklüziv nərd hazırlayıb. Bu "VAULT privé" ingilis brendinin "Alexandra Llewellyn Design" layihəsinin nümunəsidir. Britaniyalı rəssam müəllif nərdinin yaradılmasına eksklüziv və müasir yanaşması ilə stol oyunları dünyasını təəccübləndirib.

Orta əsrlər Avropasında nərd kralların oyunu hesab olunurdu və ancaq yüksək aristokratiya nümayəndələri bu oyunu oynamaq haqqına malik idi. Qədim Roma dövrünün ənənələrinə sadiq qalaraq, britaniyalı peşəkarlar komandasının yaratdığı hər bir komissiya əl işidir və ancaq seçilmiş təbii materiallardan (ağac, metal, dəir, perlamutr, qiymətli və yarıqiymətli daşlardan) hazırlanır. Aleksandranın özünə isə müştərilərinin həyatları, maraqları və istəkləri daha maraqlıdır. Buna görə də müəllif hər bir lövhənin dizaynını sifarişçi ilə qarşılıqlı əlaqə əsasında hazırlayır.

Aleksandra ən xırda elementlərə xüsusi diqqət ayırır və hər bir detala müəyyən məna bəxş edir. Beləliklə də o, istənilən interyerə bəzək və ya xüsusi zövqü olan kişiyə dəyərli hədiyyə ola biləcək "daimi" hekayələr çəkir.
Xüsusilə Azərbaycan üçün rəssam ölkə ənənələrinə və mədəniyyətinə həsr olunmuş "Nar" adlanan limitli nərd seriyasını hazırlayıb.













ANS PRESS