Qoç - Gün ümumən pis deyil. Amma emosional fon
əlverişsiz olduğundan baş verənlərdən narazı qala bilərsiniz. Yaranmış
situasiyanı obyektiv dəyərləndirin. Belədə görəcəksiniz ki, durumun
müsbət tərəfləri mənfi yönlərdən daha çoxdur. Mürəkkəb, ağır işlərə,
genişmiqyaslı layihəyə başlamayın. Bütün diqqəti və səyləri cari işlərin
görülməsinə yönəldin.
Yaşlı qohumlarla mübahisə yarana
bilər. Ailədə münaqişənin formalaşmasına imkan verməyin. Çətin
vəziyyətdə güzəştə getməyi bacarın.
Günün sonunda səhhətinizdə kiçik problemlər yarana bilər.
Buğa -
Gərgin, mürəkkəb gündür. Mühüm qərar qəbul etmək gərəkdir. Diqqətinizi
cəmləyin, konkret addımlar atın. Kimsə və ya nə isə sizi işdən,
fikirlərinizdən yayındırmamalıdır. Yardım üçün dostlara və ya qohumlara
uz tutsanız, yalnız vədlər alacaqsınız.
Müstəqil, təkbaşına çalışın.
Pula görə mübahisə yarana bilər. Ailə büdcəsindən istifadə ilə bağlı fərqli fikirlər var.
Günün ikinci yarısı səhhətinizə fikir verin. Alış-veriş etmək olar, amma bədxərclik etməyin.
Əkizlər -
Çətinliklər və problemlər az olmasa da, onları qət etməyin yollarını
tapın. Gözlənilməz təklif və dəvətlərin alınması mümkündür. Son vaxtlar
darıxdığınız insanla görüş istisna deyil.
Münaqişələrin
nizamlanması, umu-küsüdən sonra barışmaq, münasibətlərin bərpası, səhv
addım və ya anlaşılmaz qərara görə pozulan təmasların normal hala
gətirilməsi üçün yaxşı gündür.
Günün ikinci yarısında yaxşı
fiziki formada olmağa çalışın. İdman və ya aktiv istirahətdə xeyir var.
Pəhriz saxlamaq, sağlam qidalanmaya keçmək olar. Zərərli vərdişlərdən
birindən əl çəkin.
Xərçəng -
Vurnuxma və tələskənlik olmadan çalışın, düşünülməmiş addımlar atmayın.
Adi, rutin rejimdə işləməyə davam edin. Yaşamınızın bir sıra sahələrində
yeniliklər başlana bilər. Sizi uzun müddətdən bəri narahat edən
problemi həll edin.
Günün ikinci yarısında yeni tanışlıqlar,
romantik münasibətlərin başlanması istisna deyil. Həmin təmaslar bir
qədər sonra həyatınızda önəmli rol oynaya bilər.
Axşam saatlarında səhhətinizdə pisləşmə, ağrıların yaranmaması üçün özünüzü qoruyun. İfrat yorğun düşməyin.
Şir
- Kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün əlverişli gün deyil. İri
miqyaslı anlaşmalar və sövdələşmələri ertələyin. İşgüzar hissiyatınız və
intuisiyanız bu gün sizi aldada bilər. Günün daha bir xoşagəlməz nüansı
odur ki, sizə zərər vura biləcək insanlarla tez-tez münaqişəli vəziyyət
yaradırsınız.
Sözlərinizdə və hərəkətlərinizdə təmkinli olsanız, gələcəkdə çətinliklərdən qurtula bilərsiniz.
Günün
ikinci yarısında planlaşdırılmamış səfərlər, səyahətlər ola bilər.
Əvvəlcədən hazırladığınız planların bəzilərindən imtina etməli
olacaqsınız. Baş verənlər sizi pərişan etməsin. Ruhdan düşməyin.
Yaranmış situasiyadan yararlanmağın yollarını tapın.
Qız
- Bu gün diqqət mərkəzində olacaqsınız. Yeni tanışlardan biri
yaşamınızda əhəmiyyətli rol oynaya bilər. Bu gün başlayacaq münasibətlər
uzun müddət davam edə bilər. Ailə işlərinə yetərincə vaxt ayırın.
Yaxınlarınızdan birinin maliyyə dəstəyinə ehtiyacı var.
Günün
ikinci yarısı alış-veriş üçün əlverişlidir. Məişət texnikası kimi
praktiki baxımdan sərfəli və gərəkli əşyalarla yanaşı, sırf estetik
məzmunlu predmetlər almaq olar.
Axşam saatlarını aktiv istirahətə həsr edin.
Tərəzi
- Gərgin, qarışıq, mürəkkəb gündür. Bütün səylərinizə rəğmən, sakit
davranmaq çətinləşir. Sizi təbdən çıxaracaq insan mütləq tapılacaq.
İşgüzar məsələni həll etmək fikriniz varsa, etibarlı, sınanmış
insanlarla çalışın.
Alış-verişdə bədxərclik etməyin.
Günün ikinci yarısında əks cinsin diqqətini cəlb etmək üçün xüsusi səylərə ehtiyac yoxdur.
Diqqətli, sərvaxt olun. Diqqətinizə layiq olmayan insanla ünsiyyətə can atmayın.
Əqrəb -
Gün uğur vəd edir. Sadəcə, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün
qətiyyət, əzm və iradə gərəkdir. Maliyyə məsələlərində qarışıqlığa yol
verməmək üçün xərcləri optimallaşdırın, daha aktiv çalışmaq üçün səy
göstərin.
Nəzərdə tutulmamış əşya və ya məhsul almayın. Çox pul itirə bilərsiniz.
Günün
ikinci yarısında dəvət aldığınız yerə yollanın. Yeni tanışlıqlar
olacaq. Birgə çalışdığınız insanlarla ünsiyyətdə səmimi və səbirli olun.
Axşam saatlarında pul "gəliş"i istisna deyil.
Oxatan
- Adi günlərdən fərqli olaraq indi yolunuzda yaranan maneələrin sayı
artır. Onların dəf olunması sizi əməllicə yorur. Həddən ziyadə böyük
hədəfə çatmağa çalışsanız, əldən düşə bilərsiniz. Məqsədləri dəqiq
müəyyənləşdirin, niyyətlərinizin konkret olmasına çalışın. Emosional fon
stabil deyil. Əhvalınız tez-tez dəyişəcək. Ətrafınızdakı adamlarla
münaqişəli situasiyalar yaratmayın.
Maliyyə məsələləri
arzuolunan səviyyədə deyil. Planlaşdırılmış alış-verişə pul çatmaya
bilər. Axşam saatlarını sakit istirahətə həsr edin. Bu, sizə
qüvvələrinizi bərpa etməyə imkan verəcək.
Oğlaq -
Məhsuldar çalışa biləcəyiniz uğurlu gündür. Bir dəqiqənizi də fövtə
verməyin. Gərəkli hesab etdiyiniz kimi, vacib saydığınız istiqamətdə
çalışın. Kimsəyə imkan verməyin ki, sizi yoldan çıxarsın.
Səmimi
və qayğıkeş olsanız, yeni tanışlarla yanaşı, indiyədək sizə layiq
olduğunuz dəyəri verməyən insanlarla rəğbət hissləri yarada bilərsiniz.
Günün
ikinci yarısı hüquqi məsəllərin həlli, sənədləşdirmə, dövlət
qurumlarının nümayəndələri ilə ünsiyyət üçün əlverişli zamandır. Birgə
layihələrin həyata keçirilməsinə başlamaq olar. Yeni müttəfiq sizi çətin
anda tək qoymayacaq.
Dolça -
Gün ərzində yaranan problemləri vaxtında həll etməyə çalışın. Hətta ən
çətin situasiyada belə geri çəkilməyin, ruhdan düşməyin. Yaxın
ətrafınızdakı insanlar barəsində düşünülməmiş qərarlar verməyin.
Bilik
və bacarıqların artırılması, dünyagörüşünün daha səbatlı edilməsi üçün
əlverişli zamandır. Nə isə öyrənə biləcəyiniz insanlarla aktiv
ünsiyyətdə olun.
Günün ikinci yarısı səfər və səyahətlər, ezamiyyət üçün əlverişlidir. Təkbaşına, müstəqil işləməkdən çəkinməyin.
Peşə fəaliyyətinizlə bağlı məsələləri qeyri-formal, rahat şəraitdə müzakirə etmək olar.
Balıqlar
- Səbrli və təmkinli olun. Problemlərin öz-özünə həll olunacağını
gözləməyin. Bədxahlar, rəqiblər, çətin situasiya ilə mübarizəyə
başlayın. Xəyallar və illüziyalara qapılmayın. Gün hadisələrlə
zəngindir. İşlər çox olacağından yorulacaqsınız. Planlarda dəyişikliklər
ola bilər. Nəticələr sizi təəssüfləndirəcək.
Günün ikinci
yarısında münaqişəli situasiya yaranacaq. Davranış modelini yanlış
seçməyin. Hissiyat və emosionallığı sizə yaxşı bəlli olan insanlara sərt
iradlar bildirməyin.
Milli.Az