Azərbaycan Türkiyədən olan turistlərin seçimində neçəncidir?
27.3.2014

Türk vətəndaşlarının ən çox səyahət etdiyi ölkələr arasında Azərbaycan dördüncü yerdədir.

Bu barədə Türkiyə Statistika Qurumunun məlumatında deyilir.

Məlumata görə, səyahət edən Türkiyə vətəndaşlarının 4,9 faizi Azərbaycanı seçib.

Türklərin ən çox səyahət etdiyi ölkə isə 15,6 faizlə Gürcüstan olub.

Gürcüstandan sonra Bolqarıstan (8,8%), Yunanıstan (8%), Azərbaycan (4,9%) və Almaniya (4,2%) ən çox səyahət edilən ölkələr olub.

Türklər səyahət etdikləri ölkələrdə adambaşı orta hesabla təxminən 13,1 gecə qalıblar. Ötən il 7,5 milyon Türkiyə vətəndaşı xarici ölkələrə səyahət edib və onlar 5,3 milyard dollar xərcləyib. Bu isə adambaşına ortalama 698 dollar tutub.

Səyahət edənlərin 43%-i hava yolundan, 50%-i avtomobil yolundan, 7%-i dəniz və dəmiryolundan istifadə edib.

Statistika qurumunun məlumatına görə, türk vətəndaşları gəzmək, əyləncə, idman və mədəni fəaliyyətlər məqsədilə xarici ölkələrə səyahət ediblər.

Gün.Az