İyulun 27-də Londonda Azərbacan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin magistrı, rəssam Nailə Zülfüqarovanın fərdi sərgisi
açılacaqdır. Sərgidə nümayiş olunacaq əl işlərinə N.Zülfüqarovanın yağlı
boya və akrillə çəkdiyi portretlər və natürmortlar daxildir. İndiyədək
Azərbaycan paytaxtında və Londonda fərdi sərgiləri keçirilmiş Nailə
Zülfüqarova 1981-ci ildə Bakıda anadan olmuşdur. Gənc rəssam hazırda
Londonda yaşayır.