Bakı və Abşeron yarımadasında fevralın 25-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir, mülayim cənub küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya
Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif
Verdiyevin verdiyi məlumata görə, gecə 0-3, gündüz 6-11 dərəcə isti
olacaq.
Fevralın 26-da hava əsasən yağmursuz keçəcək, mülayim cənub-qərb, qərb
küləyi əsəcək. Havanın temperaturu gecə 0-3, gündüz 8-13 dərəcə isti
olacağı gözlənilir.
Azərbaycanın rayonlarında fevralın 25-də hava əsasən yağmursuz keçəcək,
gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub küləyi əsəcək,
gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz
7-12 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə
isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun
10-15 dərəcə şaxta olacağı gözlənilir.
Fevralın 26-da da hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi
yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 1
dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda
gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq. Yüksək dağlıq
ərazilərdə havanın minimal temperaturunun 9-14 dərəcə şaxta olacağı
gözlənilir.
APA