Rusiyanın məşhur müğənnisi Bakıda konsert verəcəkdir
27.3.2014

Rusiyanın Xalq Artisti Valeriya aprelin 17-də Heydər Əliyev Sarayında solo konsert proqramı ilə çıxış edəcəkdir.

Həmin gün həm də Valeriyanın doğum günüdür. Öz ad günündə Valeriya Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının müşayiəti ilə tamaşaçılara məşhur hitləri ilə yanaşı, tamamilə yeni mahnılar da ifa edəcəkdir.

Gecənin qonaqları 2 saat davam edəcək konsertdə canlı musiqidən zövq alacaqlar.
Rusiya səhnəsinin qeyri-adi müğənnisi, ecazkar səsə malik olan Valeriya çıxışlarında fonoqramdan istifadə etmir və dinləyicilərini canlı ifaları ilə sevindirir.

Artıq 20 ildir ki, Valeriya böyük səhnədə çıxış edir və hazırda müğənni Rusiyanın ən populyar ifaçıları sırasına daxildir.

AzərTAc