Bakıda “28 May” metrostansiyasının əsas giriş və çıxışının əsaslı təmiri başa çatmaq üzrədir.
“Bakı metropoliteni” QSC bəyan edib ki, stansiyada təmir işləri demək olar ki, bitib və “28 May” metrostansiyasının əsas giriş və çıxışı may ayında istismara veriləcək.
“28 May” metrostansiyasının əsas giriş və çıxışı 2013-cü il iyul ayının 1-dən əsaslı rekonstruksiya məqsədi ilə bağlanılıb.
İdarənin proqnozlarına görə stansiyanın bağlanılması sərnişindaşımanın həcminin ayda 10 min nəfərə qədər azalmasına gətirib çıxarıb.
Oxu.az