Qoç - çox istəsəniz də, tələsməyin. Bu gün
təmkinli olun, hisslərinizi nəzarətdə saxlayın. Niyyət və planlarınızı
reallaşdırmaq üçün daha əlverişli məqam gözləyin. Təcrübəli insanların
məsləhətlərinə qulaq asın. Bu, minimal informasiyaya malik olaraq riskli
davranmaqdan daha yaxşıdır.
Günün ikinci yarısında heç bir səbəb olmadan münaqişə yarana bilər. Hisslərinizə hakim olun, barışığa gedin.
Rasionunuza
diqqətlə yanaşın. Məntiqi məhdudiyyətlərə ehtiyac var. Medikamentoz
zəhərlənmə ehtimalı olduğundan yalnız həkimin məsləhət verdiyi dərman
preparatlarını qəbul edin.
Buğa
- bəyənmədiyiniz və sizi bezdirən işlərlə məşğul olmaq
məcburiyyətindəsiniz. Fəqət, əhvalınızı pozmayın. Məqsədə çatmağın
yolları barədə yox, məqsəd barədə düşünün. Bəzi qərar və addımlarınız
yaxın ətrafınızdakı insanların iradlarına səbəb ola bilər. Amma sizi,
gerçəkdən də, sevən insanlar niyə məhz bu cür qərar qəbul etdiyinizi
anlayacaqlar.
Yeni işlərə və ya layihəyə başlamaq olar. Bir şərtlə ki, həmin işin öhdəsindən gələcəyinizi dəqiq bilin.
Günün
ikinci yarısında düşünülməmiş addımlar atmayın. Yalnız kəskin zərurət
yarananda təşşəbüslə çıxış edin. Etiraflara tələsməyin. Axşam saatlarını
sakit istirahətə həsr edin. Qüvvələrinizi bərpa etməlisiniz.
Əkizlər -
indi münasib şərait gözləmək əvəzinə qətiyyətlə, inadla hərəkət etmək
gərəkdir. Yeni iş və ya layihə üçün əlverişli zaman olduğunu
düşünürsünüzsə, əzmlə davranın. Çox çalışmaqdan, yorulmaqdan qorxmayın.
Başladığınız işi bitirmək üçün yetərincə yaşam potensialınız var.
Gəlirlər və sərfəli anlaşmalar, sifariş alınması istisna deyil.
Günün
ikinci yarısında səfər və ya nəzərdə tutulmamış səyahət ola bilər.
Yolda vaxtınızı yaxşı keçirə bilərsiniz. Yola çıxsanız, nəticədən narazı
qalmayacaqsınız. İmiclə eksperimentlər aparmaq, qarderobu yeniləmək
olar.
Xərçəng - məqsədə çatmaq
və uğur qazanmaq üçün qüvvələrinizə, potensialınıza inanın. Qətiyyətli
olsanız, hədəfə doğru sürətlə irəliləyəcəksiniz. Önəmli nəticələr əldə
edə bilərsiniz. Xoş görüşlər və maraqlı tanışlıqlar istisna deyil.
Özünüzlə bağlı müsbət rəy yaratmaq istədiyiniz insanla aktiv təmaslarda
olun.
Romantik münasibətlər başlayarsa, onlar harmonik və rəvan inkişaf edəcək, sizi sevindirəcək.
Günün
ikinci yarısı alış-veriş üçün əlverişlidir. Geyim, paltar, bəzək,
interyer predmetləri almaq olar. Zövqünüz sizi aldatmayacaq. Axşam
saatlarında yaşam arealında kosmetik dəyişikliklər etmək olar.
Şir
- çox işin öhdəsindən gələ bilərsiniz. Bilik və bacarıqlarınızı
ətrafınızdakı insanlara nümayiş etdirməyə tələsməyin. Bir qədər kənara
çəkilin, kölgədə durun, bütün diqqəti özünüzə cəlb etməyin. İstənilən
parlaq insan təki bədxahlar və rəqiblərdə paxıllıq hissləri
yaradırsınız. Belə şəxslər sizə zərbə vurmağa çalışacaqlar. Ehtiyatlı və
sərvaxt davranın.
Günün ikinci yarısında səhhətinizdə
problem yarana bilər. Kiçik məişət travmaları riski var. Ev işlərini
yaxınlarınızla bölüşün. Belədə proses daha maraqlı və effektiv olacaq.
Sevdiyiniz insan axşam saatlarında sizə sürpriz bəxş edəcək.
Qız -
vaxtınızı hədər keçirməyin. Çalışqan, zəhmətkeş olun. Tənbəllik edərək
süstlüyə qapılsanız, sizi problemlər gözləyir. Təmirə başlamaq, yaşam
arealını bəzəmək olar. Sizdə dizayner bacarıqlarının olduğunu
aşkarlayacaqsınız. Pulları məntiqlə, ağılla xərcləyin. Alış-verişin
sonucları və sərmayənin nəticələri sizi təəssüfləndirməyəcək.
Günün
ikinci yarısında sümük və oynaq ağrılarının yaranmasına rəvac verməyin.
Soyuqdəymə riski də var. Səhhətinizin qayğısına qalın. Sınanmış
vasitələrə üstünlük verin. Allergiya riski mövcuddur.
Romantik görüşün nəticəsi sizi razı salacaq.
Tərəzi
- özünüzə həddən ziyadə güvənərək hətta məntiqli və ağıllı məsləhətləri
də qulaqardına vurmayın. Belə davranışın ciddi fəsadları ola bilər.
Sonradan təəssüf və peşmançılıq hissləri doğuracaq səhvlərə yol
verməyin. Unutmayın ki, potensialınız və o cümlədən maliyyə imkanlarınız
sərhədsiz deyil.
Həddən ağır işə başlamayın, sonradan yerinə yetirilməsi çətin vədlər verməyin.
Günün
ikinci yarısında yaxınlarınız və tanışlarınızla diqqətlə davranın.
Onların sizə ehtiyacı var. Qısamüddətli səfərə çıxmaq olar. Lakin evdə
də darıxmayacaqsınız. Maraqlı məşğuliyyət mütləq tapılacaq. Yaşam
potensialının səviyyəsi yüksəkdir. Səhhətdə problemlər yaranmayacaq.
Əqrəb
- tənbəllik etməsəniz, işlərinizdə yaxşı nəticələrə nail ola
bilərsiniz. Bir qədər səy göstərin, işlərə tezdən başlayın. Alış-veriş
üçün yaxşı gündür. İstədiyiniz əşyanı ala bilərsiniz. Bu prosesi
müstəqil, təkbaşına yetirin ki, sizə kimsə mane olmasın, düzgün seçimi
əngəlləməsin.
Günün ikinci yarısında səhhətinizə və rasiona
fikir verin. Zəhərlənmə riski var. Romantik təmaslardan ciddi nəticə
gözləməyin. Görüş pis keçməyəcək. Lakin sevdiyiniz insanın əhvalında
əhəmiyyətli irəliləyişlərə nail ola bilməyəcəksiniz.
Oxatan
- ən çətin işlərə çəkinmədən başlayın. Bədxah və rəqiblərin bütün
səylərinə rəğmən həmin işi başa çatdırın. Yaxınlarınız arasında çətin
vəziyyətə düşmüş şəxsə yardım edin. Ədalətsizliklə qarşılaşmış insana
dayaq olun. Ətrafdakılar sizin davranışınızı dəyərləndirirlər. Amma buna
rəğmən, kimsəyə imkan verməyin ki, sizinlə manipulyasiya etmək fikrinə
düşsün.
Günün ikinci yarısı yaşlı qohumlarla ünsiyyət, ailəvi
tədbirlərin təşkili, qonaq qəbul etmək üçün əlverişlidir. Maliyyə fonu
uğurludur. Alış-veriş etmək olar. Yaşam potensialının səviyyəsi
yüksəkdir. Ancaq ehtiyatlı olun. Kiçik travma riskləri var.
Oğlaq
- yaxınlarınız sizdən hələlik hazır olmadığınız addım və qərarları
gözləyirlər. Bu sizi qıcıqlandırır, əhvalınızı korlayır. Müstəqil qərar
qəbul etmək hüqununuzu qorumağa çalışanda aqressiv olmayın,
ətrafınızdakı insanların xətrinə dəyməyin. Təmkinli və soyuqqanlı olun.
Tənqidi iradlara və kimsənin istəmədiyi məsləhətlərə qapılmayın.
Günün
ikinci yarısında yaşamınızda nəyisə dəyişmək istəyirsinizsə, kiçik
detallardan, rutin işlərdən başlayın. İndi əlverişli zamandır. Əsas
məsələ məqsədin seçimində və hədəfin müəyyənləşdirilməsində
yanılmamaqdır. İşə başlamazdan əvvəl nə istədiyinizi müəyyənləşdirin.
Dolça
- yeni layihəyə, ciddi və önəmli işə başlamaq üçün əlverişli zamandır.
Detalları və təfərrüatları hesablayın, heç nəyi diqqətdən qaçırmayın.
Qərarlarınızın yanlış olmamasına çalışın. Maraqlı tanışlıqlar ola bilər.
Yeni dost tapmaq şansı var.
Günün ikinci yarısında yaşam
potensialının səviyyəsi aşağıdır. Normal günlərdən fərqli olaraq daha
sürətlə yorulacaqsınız. Qüvvələrinizə qənaət edin. Yaxınlarınızın təklif
etdiyi yardımlardan imtina etməyin. Uzun səyahətlər məsləhət deyil.
Soyuqdəymə və zökəm riski var.
Balıqlar -
ehtiyatlı və sərvaxt olun. Yolunuzda maneələr və sədlər yaransa da,
planlarınızdan imtina etməyin. Onları həyata keçirərək bədxahlarınızı
pərişan edin. Kimsə sizə paxıllıq edirsə, deməli, nəticələr pis deyil.
Qələbənin sevincini sizlə bölüşmək istəyən insanlar tapılacaq.
Günün
ikinci yarısında yeni tanışlıqlar var. Qarşılıqlı rəğbət istisna deyil.
Şəxsi münasibətlərdə təşəbbüs, hisslərdə etiraf zamanıdır.
Milli.Az