SMS-lər, elektron poçt və internet səhifələri gözlərdən cəmi bir neçə
santimetrlik məsafədə əks etdirə biləcək eynəklər artıq bu ilin sonunda
satışa çıxarıla bilər.
"Google" korporasiyasının texnoloji yeniliyinin satış qiymətinin
konfiqurasiyadan asılı olaraq 250-600 dollar təşkil edəcəyi vurğulanır.
Eynəyin şüşələri hazırda mobil telefonların ekranlarına çıxarılan
informasiyanı verəcək. Eynəkdəki kamera isə faktiki olaraq gözlərin
rolunu oynayaraq qarşıdakı obyektlərin qısa şərhi ilə onların
görünüşlərini şüşələrdə əks etdirəcək.
Eynəkdə hərəkət xəbərdarlığı verən çiplər və GPS naviqasiya sistemi də
olacaq. Bu isə "Google" eynəyinin istifadəçilərinə olduğu binalar, yaxud
da dostları və tanışları barədə əyani məlumatlar əldə etməyə imkan
verəcək. Eynək internetə mobil rabitə şəbəkəsi vasitəsilə qoşulacaq.
"Google"un texnoloji yeniliyi başın kiçik hərəkətləri ilə idarə
ediləcək.
Milli.az