Evlənmək və evli olmaq gəlirinizin 77 faiz artmasını təmin edir.
İngiltərədə aparılan bir araşdırmada belə deyilir.
Belə ki, evlilik özü ilə bərabər hər il ailə büdcəsinə 16 faiz artım da gətirir.
Həmin araşdırmaya görə insanların həm görkəmi, həm də xarakterik xüsusiyyətləri onların maddi vəziyyətinə birbaşa təsir göstərir.
Araşdırmaya əsasən yaraşıqlı kişilər adi görünüşə malik olanlara nisbətən 9 faiz çox qazanır. Qadınlara gəldikdə isə çəkici qadınların adi qadınlara nisbətən zəngin olma ehtimalı 4 faiz daha yüksək hesab olunur.
Həmçinin sarışınlar qarayanızlara nisbətən orta hesabla 7% daha çox qazanır. Bundan başqa sarışınların həmçinin həyat yoldaşlarından daha çox gəlirləri olduğu da iddialar arasında yer alır.
Araşdırmaya əsasən uzunboyluluq gəlirdə də artıma səbəb olur. Belə ki, boyu normadan yüksək olanlar o birilərinə nisbətən daha varlıdırlar.
Həmçinin araşdırmaya əsasən içki içənlər heç içməyənlərə nisbətən 14% daha sərvətli olurlar.
Amma bu siqaret çəkməyə aid deyil. Araşdırmaya əsasən siqaret çəkməyənlər çəkənlərə nisbətən 50 faiz daha çox pul qazanırlar.
gun.az