“Podium” festivalının direktoru Azərbaycana gələcək
27.2.2012

Esslinqendə keçirilən “Podium” musiqi festivalının direktoru Stiven Valter martın 5-6-da Azərbaycana gələcək. Almaniyanın Azərbaycandakı səfirliyinə istinadən verilən məlumata görə, Stiven Valter səfər çərçivəsində Bakıda bir sıra seminarlar keçirəcək. Səfərin məqsədi gənc musiqiçiləri ruhlandırmaq, festivalın Azərbaycan variantının keçirilmə imkanlarını araşdırmaqdır.