Bakıda “İv Sen Loren” filminin nümayişinə başlanılıb
28.3.2014

“28 Cinema”da yeni filmin premyerası olub.

Kinoteatrdan verilən məlumata əsasən, martın 27-dən etibarən “İv Sen Loren” adlı filmin nümayişinə başlanıb.

Dram janrında olan film bir gəncin və sonradan moda aləminin ən tanınmış simalarında olan İv Sen Lorenin keçdiyi həyat yolu haqqındadır.

Qeyd edək ki, “İv Sen Loren” filmi 2014-cü ildə Berlin kinofestivalında təqdim olunub.

Filmdə dizaynerə məxsus kostyumlardan istifadə olunub. Çəkilişlər İv Sen Lorenin Parisdəki atelyesində, evində və Mərakeşdəki iqamətgahında aparılıb.

Film Fransa istehsalıdır və rejissoru Calil Lesperdir. Filmdə rolları Pyer Nine, Giyom Qalienn, Şarlotta Le Bon, Laura Smet, Mari de Vilpen kimi məşhur aktyorlar oynayıb.

Biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür. Həmçinin kinoteatrın

www.28cinema.az rəsmi saytından onlayn olaraq əldə edə bilərsiniz.


Gün.Az