Günün qoroskopu
31.3.2014

Qoç - qarşınıza qoyduğunuz məqsədlərə çatmaq asan deyil. Bəzən sizə elə gələcək ki, qarşınızda dəf olunması mümkünsüz sədlər və maneələr var. Lakin yanınızda sizə yardım edəcək şəxs ola bilər. Həmin şəxsi müəyyənləşdirin və ondan dəstək istəyin.
İşdə adi günlərdən fərqli olaraq həmkarlarla ixtilaflar daha çoxdur. Sərt iradlar bildirməyin, aqressiv davranmayın. Sizə dəxli olmayan işlərə müdaxilə etməyin.

Günün ikinci yarısında yeni biznes-layihəyə, mürəkkəb və çətin işə başlamaq məsləhət deyil. Cari işlərin həlli ilə məşğul olun. Maliyyə məsələlərində nizam yaradın. Hesabları ödəyin, borcu qaytarın.
Axşam saatlarında gəzintiyə çıxmaq olar.

Buğa - ruhdan düşməyin, bədbinliyə qapılmayın. Qarşınıza qoyduğunuz məqsədlərin hamısına çatmaq mümkün deyil. Yalnız öz qüvvənizə və potensialınıza güvənin, imkanlarınıza bel bağlayın. Sizə dəstək vəd etmiş insanlardan yardım gözləməyin. Yalnız müstəqil, təkbaşına çalışacağınız təqdirdə məqsədə çata bilərsiniz.
Gəlirlər istisna deyil. Alış-verişdə bədxərclik etməyin. Tələskənlik etsəniz, dürüst seçim olmayacaq.
Günün ikinci yarısında anlaşma və sövdələşmələr, müqavilə imzalanması məsləhət deyil. Kiçik detallara diqqətlə yanaşın. Qanun pozuntularına yol verməyin. Yaxınlarınıza yardım etmək üçün bəzi işləri təxirə salmaq məcburiyyətində qalacaqsınız.

Əkizlər - əks cins mənsubu ilə ünsiyyətdə ehtiyatlı olun. Gün ərzində yaranacaq problemlər ünsiyyətdə düzgün istiqamətin və modelin seçilməməsinin fəsadlarıdır. Bədxahlar və paxıllar barənizdə yanlış məlumatlar, şayiələr, yalanlar yayırlar. Onlar nüfuzunuza zərbə vurmaq istəyirlər. Ehtiyatlı olun.
Günün ikinci yarısında maliyyə məsələlərində həssas olmağa çalışın. Pulu yalnız, gerçəkdən də, ehtiyac duyduğunuz məsələyə xərcləyin.
Kiçik məişət problemləri, evdə anlaşılmazlıq istisna deyil. Sevdiyiniz insanla münasibətləri sərinləşdirməyin. Qarşı tərəf qərar və addımlarınızın gerçək motivlərini anlamır, qısqanc və şübhəli davranır.

Xərçəng - tələsməyin, aramla davranın. Situasiyanın dəqiq qiymətləndirməmiş qərarlar qəbul etməyin. Sakit olun, irəliyə doğru hərəkət strategiyasını seçin. Bundan sonrakı bir neçə gün ərzində nələr edəcəyinizi indidən müəyyənləşdirin. Ambisiyalarınızı nəzarətdə saxlayın, rəqib və ya bədxahlarınızla aşkar mübarizəyə başlamayın. Qüvvələrinizə qənaət edin, bir müddət kölgəyə çəkilin.
Günün ikinci yarısında şəxsi münasibətlərdə əlverişli zamandır. Ciddi problemlərdən narahat olmayın. Yaxınlarınız sizə yaxşı məsləhətlər verəcək, yardım göstərəcəklər.
Ailə üzvləri ilə ünsiyyətdə qayğıkeş olun. Təmaslar əhvalınızı yaxşılaşdıracaq.

Şir - gün ərzində baş verəcək hadisələrə rəğmən soyuqqanlı və təmkinli olun. Problemlər həll olunacaq, çətinliklər aradan qalxacaq. Tələsməyin. Vurnuxma yalnış işin ahəngini poza bilər. Sizi dəstəkləyən insanlar qəribə davransalar da, onlarla münaqişə etməyin. İşdə kiçik anlaşılmazlıqlar və problemlər yarana bilər. Başqalarının səhvlərinin fəsadlarını aradan qaldırmalı olacaqsınız. Mühüm informasiya almağınız istisna deyil.

Günün ikinci yarısı planlaşdırılmamış xərclər olacaq. Yaradıcı potensialın səviyyəsi artır. Çevik davranın.
Axşam saatları romantik görüş üçün əlverişlidir.

Qız - aktual işləri unutmayın. Vaxt və diqqətinizi kənar məsələlərə, mənasız detallara sərf etməyin. Dağınıq fikirli olsanız, işlərin öhdəsindən gələ bilməyəcəksiniz. Səfər və ya səyahət uğurlu alınmayaacaq. Üstəlik, nəzərdə tutulduğundan da artıq vaxt alacaq.
Hansısa görüşə, tədbirə və ya mərasimə geciksəniz, ciddi problemlər yaranmayacaq.
Günün ikinci yarısında şəxsi münasibətlərdə təşəbbüskar olun. Yaxın ətrafınızdakı insanlara təzyiq göstərməyin, aqressiv və sərt davranmayın. Başqasının fikirlərinə qulaq asın. Münaqişələrə yol verməmək üçün güzəştə getməyi bacarın.

Tərəzi - gün ərzində yaşanacaq hadisələrə olduğundan artıq dəyər verməyin. Hansısa iş alınmırsa, "qara zolağın" başlandığını düşünməyin. Mənfi təmayüllərin təsiri müvəqqətidir və onlar bir müddət sonra zəifləyəcəklər. Günün ilk yarısında çözülməz, həllolunmaz təsir bağışlayan problemləri bir müddət sonra unudacaqsınız. İdeyalar barədə də eyni sözü demək olar. Deyilənlər və eşidilənlər nə qədər cazibədar təsir bağışlasa da, onların perspektivi yoxdur.
Günün ikinci yarısında özünüzü yormayın. İmkan düşərsə, istirahət edin, bir qədər dincəlin. Ağır fiziki işi, intensiv əməyi ertələyin.

Əqrəb - uğurlu və xoş gündür. Hadisələr sizi sevindirməklə yanaşı, yaşamınızda müəyyən əhəmiyyətli dəyişikliklərin bünövrəsini qoya bilər. Peşəkar fəaliyyət sahəsi ilə yanaşı, şəxsi münasibətlərdə təşəbbüskar olun. Liderlik məziyyətlərinizi nümayiş etdirməyi unutmayın. Bilik və bacarıqlarınızı göstərin. Üstün cəhətlərinizi görəcək, dəyərləndirəcəklər.
Günün ikinci yarısı həmkar və ya tərəfdaşla qeyri-formal şəraitdə müzakirə, dostlarla görüş, romantik tanışlıqlar üçün yaxşı zamandır.
Axşam saatlarında aktiv istirahəti seçin.

Oxatan - qətiyyətli və inadkar olsanız, işdə uğur əldə edə bilərsiniz. Əzmli davranın, mövqelərinizdən geri çəkilməyin. Şərtlər heç də həmişə lehinizə olmasa da, istənilən maneəni və ya səddi dəf etmək olar. Bunu unutmasanız, yaxşı sonuclara nail olacaqsınız. İşgüzar münasibətlərin inkişafına diqqət yetirin. Sizi dəstəkləyən insanlara çətin anlarda bel bağlaya bilərsiniz.
Günün ikinci yarısında gələcəklə bağlı planlar qurmaq olar. Yaranmış situasiyanı dürüst qiymətləndirsəniz, planlarınızı reallaşdıra bilərsiniz. Axşam saatları ailəvi tədbirlər üçün əlverişlidir. Yaşlı qohumların diqqətinizə və qayğınıza ehtiyacı var.

Oğlaq - işgüzar görüşlər, əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün yaxşı vaxtdır. İşdə rəhbərlik və həmkarlarla münasibətlərin harmonik olmasına çalışın. Bir müddət sonra biznes fəaliyyətinizdə karınıza gələcək məlumat alacaqsınız. İntellektual potensialın səviyyəsi yüksəkdir. Mürəkkəb, düyünə düşmüş işlərin öhdəsindən gələ bilərsiniz.
Axşam saatlarında normal istirahət edin.

Dolça - bu gün yaranacaq çətin və qarışıq situasiyanın öhdəsindən gələcəksiniz. Son vaxtlar həyatınızı çətinləşdirən məqamları çözə biləcəksiniz. Xoş gözlənilməzliklər, hədiyyələr və sürprizlər ola bilər.
Qısamüddətli səfərlər, planlaşdırılmamış səyahətlər istisna deyil. Yeni tanışlıqlar və romantik macəra istisna deyil.
Günün ikinci yarısı maliyyə məsələləri baxımından əlverişlidir. Gəlirlər çox, məsrəflər isə az olacaq. Yaşlı qohumlarla münasibətlərdə problemlər yarana bilər. Ciddi münaqişənin formalaşmasına imkan verməyin.

Balıqlar - yaşam potensialının səviyyəsi yüksəkdir. Aktiv olun, enerjili çalışın. Günün ilk yarısında mümkün qədər çox iş görməyə çalışın. İstirahət və əyləncəni müvəqqəti unudun. Bu gün bir sıra problemləri uğurla həll etmək olar. Əks cins mənsubu ilə ünsiyyət üçün əlverişli zamandır.
Yaşlı qohumların və tanışların məsləhətlərində xeyir var.
Günün ikinci yarısında alış-veriş, sövdələşmə uğurlu olacaq. Maraqlı işgüzar təkliflər ala bilərsiniz. Şəxsi münasibətlərdə normal, neytral gündür. Təşəbbüskar olsanız, ideyalarınızı dəstəkləyəcəklər.

Milli.Az