Rezidenturaya qəbul imtahanının nəticələri bu gün açıqlanacaq
31.3.2014

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası martın 30-da rezidentura səviyyəsinə qəbul imtahanının I mərhələsini keçirib.

TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, imtahan Bakı şəhərində 3, Naxçıvan şəhərində 1 binada təşkil olunub. İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanıb və 2 saat 30 dəqiqə ərzində aparılıb.

Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, namizədlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İmtahanın nəticələrinin martın 31-də elan olunması nəzərdə tutulur.

APA