Azərbaycanda ilk dəfə “Startup” sərgisi açılacaqdır
31.3.2014

Bakıda ilk dəfə “Startup” sərgisi açılacaqdır.

Sərginin əlaqələndiricisi Vüqar Rüstəmli bildirmişdir ki, artıq Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Startup” sərgi layihəsinin hazırlıq işlərinə başlanılmışdır.

Tədbirin məqsədi son illərdə yaradılmış gənc startupçıların hərtərəfli təbliğatının aparılmasıdır.

Sərgidə iştirak edəcək gənc startupçılara həm kooperativ əlaqələr yaratmaq, həm yeni müştəriləri cəlb etmək, həm də digər startupçılarla təcrübə mübadiləsi aparmaq imkanı yaradılacaqdır.

İyunda keçirilməsi nəzərdə tutulan tədbirdə yerli startupçılarla yanaşı, xarici startupçıların da iştirakı gözlənilir.

AzərTAc