Yaponiyanın Toyama institutunun mütəxəssisləri ürəyin fəaliyyətini öyrənməyə yönələn yeni tədqiqat aparıblar.
Alimlərin tədqiq etdiyi qrupa həftədə beş dəfə hamama getmək və vanna qəbul etmək təklif edilib. Tədqiqat nəticəsində məlum olub ki, bu, ürəyin fəaliyyətinə müsbət təsir göstərib, həmçinin adamların fiziki imkanların və intellektual qabiliyyətləri də artıb. Bundan başqa, qeyd edilib ki, vanna qəbulu insanın ömrünü uzadır.
Aydın olub ki, hamama getmək adətən ürəyin və ürək-damar sisteminin işini yaxşılaşdırır. Bundan sonra qanın laxtalanması və trombların yaranması riski azalır. Hamam həm də insanın əhvalını yaxşılaşdırır. Hamamda bədən temperaturunun aşağı salınması üçün beynin ayrı-ayrı şöbələri də aktiv fəaliyyətə keçməyə başlayır ki, bu da ümumilkdə insanın halını yaxşılaşdırır.
ANS PRESS