Günün ulduz falı
27.2.2012

Qoç - Bu, sizin gününüzdür. Əlinizə düşən imkandan istifadə edərək hansısa vacib və mürəkkəb bir layihənin üzərində işləməyə başlaya bilərsiniz: öhdəsindən gəlmək asan olacaq. Öz rəhbərliyiniz və yaxuld dövlət təşkilatlarının nümayəndələri bu gün sizdən dəstəklərini əsirgəmirlər və işlərinizin çoxu da ona görə alınır ki, işiniz düşən insanların sizə rəğbəti var.
Şəxsi həyatınızda yaxşıya doğru xeyli dəişikliklər mümkündür. Tənha Qoçlar axşam qonaqlığa dəvət aldıqları, yaxud da bir ziyafətdə iştirak etdikləri təqdirdə orada maraqlı biri ilə tanış olmaq imkanı qazanacaqlar.

Buğa - Gün gözlədiyinizdən daha yaxşı keçir. Sizin üçün çox ciddi olan bir layihənin gerçəkləşdirilməsində heç bir problem yaranmayacaq. İşlərinizə qarışacaqlarını gözlədiyiniz bədxahlarınız kölgədə qalmağı üstün tutaraq sizə mane olmağa cəhd göstərməyəcəklər. Rəhbərliklə və karyera pilləsində daha yuxarı vəzifə tutan əməkdaşlarla münasibətlər düzəlir. Sizə açıq-aşkar eyham vururlar ki, vəzifədə böyüməyinizi çox gözləməli olmayacaqsınız. Pul almağınız da mümkündür.
Yaxınlarınızla münasibətlər isə sizi bir qədər üzəcək: sizə elə gəlir ki, onlar nəyisə gizlədir, sizə demirlər. Amma tezliklə bütün sirlər açılacaq, siz də başa düşəcəksiniz ki, boş yerə narahat olurdunuz.

Əkizlər - Həm özünüzlə, həm ətrafınızla barışmısınız, bu isə bir çox problemlərin həllini asanlaşdırır. Çox maraqlı işgüzar təkliflər almağınız mümkündür, onları uzun müddət düşünmədən qəbul edə bilərsiniz. Ezamiyyətə yollanmaq olar, əcnəbi iş ortaqları ilə danışıqlar əla keçəcək.
Təşkilati bacarıqlarınız artıb. Əgər dostlarınız üçün bayram, ailə şənliyi, yaxud qeyri-adi romantik görüş hazırlamaq lazımdırsa, özünüzü irəli verin: hər şey əla alınacaq. Masaj salonuna baş çəkib istirahət etmək məsləhətdir.

Xərçəng - Hansı işlərə daha çox diqqət yetirməyi təyin etmək ilk əvvəl çətin olacaq. Bu səbəbdən bekara işlərə daha çox vaxtınız gedəcək. Buna müdrikliklə yanaşın: əgər əsəbləşərək narahatlıq keçirsəniz, vəziyyət daha da pisləşəcək. Həmkarlarınızla ciddi fikir ayrılıqları mümkündür: öz nöqteyi-nəzərinizi müdafiə etməklə özünüzə düşmən qazana bilərsiniz.
Əvəzində dostlarınız və qohumlarınızdan aldığınız xəbərlərə sevinəcəksiniz. Toya, yubileyə, hansısa təntənəli mərasimə dəvət ala bilərsiniz. Səyahətlərə hazırlaşmaq, biletlərin, səfərlərdə gərəkli olan əşyaların alınması məsləhətlidir.

Şir - İşiniz gözlədiyinizdən daha çox olacaq. Kiminsə başladığı işləri davam etdirməli, başqalarının səhvlərini düzəltməli olacaqsınız. İş vaxtından artıq çalışmağa əvvəlcədən hazır olun, heç şübhə etməyin, əməyinizi mükafatlandıracaqlar. Maliyyə vəziyyətiniz sabitdir, pul xərcləməkdən çox qorxmayın, kasıblamayacaqsınız.
Sevdiyiniz şəxsə diqqət ayırmağınız çox vacibdir. Əgər hansısa vədinizi yerinə yetirməsəniz, üstəlik, bu hərəkətinizi doğru-düzgün izah etməsəniz, yarınız sizdən çox küsəcək. Tənha Şirlər həvəslərinə uyaraq düşünülməmiş hərəkətlərdən özlərini saxlamaqda çətinlik çəkəcəklər. Amma bunun nəticəsi elə də qorxulu olmayacaq.

Qız - Boş bir şey hesab etdiyiniz işin öhdəsindən gəlmək elə də asan olmayacaq. Kimisə köməyə çağırmaqdan çəkinməyin: bütün problemlərinizi həll etməyə qadir olan insan yanınızdadır. Əmlakla bağlı sövdələşmələr, başqa mənzilə köçmək uğurlu olacaq. Biznesmenlər isə yeni bir ofis icarə götürmək barədə düşünə bilərlər.
İstənilən ailə tədbiri, qohumların əhatəsində istirahət, birgə səfərlər üçün çox münasib gündür. Sevgililər arasında fikir ayrılıqları yaransa da, mübahisəyə çevrilməyəcək.

Tərəzi - Yalnız sizə bəlli olan səbəblərə görə bu gündən xüsusi nəsə gözləyirsiniz. Amma təəssüf ki, bu "məşğuliyyət" sadəcə vaxtınızı "yeyir". Adi hadisələr və rutin işlər gözləyir sizi. Düzdür, heç onlara da adi yanaşmayacaqsınız: gah xırdalıqları ürəyinizə salacaq, gah da başqa vaxt sizi özünüzdən çıxaracaq hadisələri inanılmaz sakitliklə qarşılayacaqsınız.
Bu gün uzunmüddətli planların hazırlanması üçün münasibdir. İntiuisiyanız sizə deyir ki, nəyi edə bilərsiniz, nəyi yox, bu səbəbdən imkanlarınızı düzgün qiymətləndirməkdə çətinlik çəkmirsiniz.

Əqrəb - Bu gün mürəkkəb və məsuliyyətli bir işə başlaya bilərsiniz. Onu belə tez həll etməyinizə özünüz də məəttəl qalacaqsınız. Vacib başqa bir cəhət isə odur ki, sizin uğurlarınızı çox nüfuzlu bir şəxs də diqqətə alacaq. O sizə karyera nərdivanında irəliləməkdə və öz gəlirlərinizi artırmaqda güclü kömək göstərə bilər. Ortaqlarınız bir xahişinizi iki etməyəcəklər: Onlar yaxşı başa düşürlər ki, sizinlə əməkdaşlıq çox yaxşı perspektivlər vəd edir.
Şəxsi həyatınızda isə vəziyyət daha gözəldir. Burada hər bir şeydə bəxtiniz gətirir, odur ki, təşəbbüs göstərməkdən çəkinməyin.

Oxatan - Ehtiyatlı olun! Sizin zəiflikləriniz bu gün göz qabağındadır və kimsə mütləq bundan istifadə etməyə çalışacaq. Hiyləgər, intiraqalara meylli, sizin etibarınızdan çox çirkin məqsədləri üçün istifadə etməyə çalışan biriylə rastlaşmağınız mümkündür.
Xoşbəxtlikdən, intuisiyanız mürgüləmir, onun səsinə diqqətlə qulaq asın. Həmçinin, dostlarınız da hər zaman yanınızdadırlar, onların dəstəyinə şübhə etməyin. Dostlarla görüş əla keçsə də, romantik görüş barədə eyni sözu söyləmək mümkün deyil.

Oğlaq - Sizin üçün uğursuz gündür. Xeyli xırda anlaşılmazlıqlar yaranır, diqqətinizi işə cəlb edə bilmirsiniz. Bürcün bəzi nümayəndələri rəhbərliklə ciddi fikir ayrılıqları yaşayacaqlar. Hətta bu o qədər güclü olacaq ki, çoxları özünə başqa iş yeri axtarmaq barədə fikirləşəcəklər. Öz hisslərinizi büruzə verməməyə çalışırsınız, amma çox mümkündür ki, bədxahlarınız yenə də onlardan xəbər tutacaqlar.
Səhhətiniz pisləşə bilər. Uzun müddət kompüter qarşısında oturmağınız məsləhət deyil. Əgər bu vacibdirsə, düzgün işıqlandırmanı təmin edin, gözlərinizin qeydinə qalın.

Dolça - Hansısa ciddi məsələlər və yaxud gələcək planlar barədə fikirləşmək üçün münasib gündür. Bu gün hər şeyi zərgər dəqiqliyi ilə ölçüb-biçir, xırda detalları nəzərdən qaçırmırsınız. Başqalarının təcrübəsi karınıza gələ bilər, odur ki, həmkarlarınız və ya yaşlı qohumlarınızla məsləhətləşmək pis olmazdı.
İstənilən səfərdə ehtiyatlı olun: səliqəsizlik xoşagəlməzliklər yaradacaq. Gözəllik salonuna gedə, imicinizi dəyişə bilərsiniz, uğurlu alınacaq. Xanımlara isə qarderoblarını yeniləmək məsləhətdir.

Balıqlar - Çox uğurlu gündür. Həm əvvəl başladığınız işləri bitirə, həm də tamamilə yeni bir işə başlaya bilərsiniz. Öz gücünüzə əminsiniz. Başqalarını öz istedadınız və biliklərinizlə təəccübləndirəcəksiniz. Rəhbərlik belə qərara gələcək ki, sizin vəzifənizi artırmağın vaxtı artıq yetişib.
Səfərə çıxa bilərsiniz: ulduzlar sizə xoş səyahət və əla yol yoldaşları vəd edir. Bundan başqa, gün qeyri-adi əşyaların alınması, ekzotik xörəklərin hazırlanması üçün də pis deyil. Çox maraqlı bir insanla eşq macərası mümkündür.

                                                                                                                                  Milli.Az