Gürcüstandakı turnirin ilk günündə üzgüçülərimiz 6 medal qazandı
31.3.2014

Gürcüstanın Tbilisi şəhərində üzgüçülük üzrə gənclər arasında beynəlxalq turnirə start verilib.

İdmançılarımız müxtəlif yarışlarda çıxış edərək 6 medal qazanıb.

Belə ki, qızıl medal alan üzgüçülərimiz - Fatimə Əkbərova və İlahə Rəciyeva, gümüş medal qazananlar - İlahə Rəciyeva, Anna Andryüşenko, Nazir İsmayılov, bürünc medala layiq olan Fatimə Ələkbərova olub.

Gün.Az