Avstraliyalı heykəltəraş Barbi gəlinciklərindən nəhəng dalğa yaratdı
31.3.2014

Belçika əsilli Avstraliya heykəltəraşı Annet Tas Barbi gəlinciklərindən dalğaya bənzər heykəl hazırlayıb.

Avstraliyadakı çimərliklərdən birində sərgilənən bu heykələ görə heykəltəraş yarışın qalibi olub.

Annet tamaşaçı simpatiyasına nominasiyasında 2500 dollar, uşaqların simpatiyasına görə isə 2000 dollar həcmində mükafat qazanıb.

Qeyd edək ki, 3 metr hündürlüyü və 4 metr eni olan bu qeyri-adi dalğa heykəlin hazırlanması üçün Annet ikinci əl mağazalarından əldə etdiyi 3000 gəlincikdən istifadə edib.

Gün.Az