Bakı və Abşeron yarımadasında fevralın 28-də hava əsasən yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif
Verdiyevin verdiyi məlumata görə, gecə və səhər yarımadanın bəzi
yerlərində duman olacaq. Cənub-qərb küləyi arabir güclənəcək. Havanın
temperaturunun gecə 1-5, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.
Fevralın 29-da hava əsasən yağmursuz olacaq. Səhər və axşam yarımadanın
bəzi yerlərində duman müşahidə ediləcək. Cənub küləyi əsəcək. Havanın
temperaturu gecə 2-5, gündüz 11-16 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında fevralın 28-də hava əsasən yağmursuz keçəcək.
Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək,
əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə
0-5, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz
3-8 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal
temperaturunun 9-14 dərəcə şaxta olacağı proqnozlaşdırılır.
Fevralın 29-da da hava əsasən yağmursuz keçəcək. Gecə və səhər duman
müşahidə ediləcək. Lakin qərb rayonlarından başlayaraq bəzi yerlərdə
yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6, gündüz 15-18 dərəcə isti, martın 1-də
10-15 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 8-13, martın
1-də isə 5-8 dərəcə isti olacaq.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 8-13 dərəcə şaxta olacağı gözlənilir.
APA