2014 yaz mövsümünün ən önəmli ayaqqabı
trendlərindən biri qısa dabanlı ayaqqabılardır. Onlar hətta qış
mövsümündə də çəkmə formasında qarşımıza çıxacaq və trend olacaqlar.
Qısa modellər sizə dəbdə olmayan kimi görünə bilər ancaq onlar yenidən
gündəmə gəliblər. Bu il dəbə minən qısa dabanlı ayaqqabılara bir xeyli
əlavələr edilib. Onlar çox eleqant və olduqca rahatdılar.
Düzgün seçilmiş şalvar - Şalvarınızın kəsimi qısa
dabanlı ayaqqabılarla daha yaxşı görünür. Qısa dabanlı ayaqqabıları düz
kəsim, qısa balaqlı, ya da balaqları qatlanmış şalvarlarla geyinə
bilərsiniz. Audrey Hepbrunun geyindiyi dar kəsimli şalvarlar bu tərz
ayaqqabılarla mükəmməl görünür.

Feminen kəsimlər - Şalvarla aranız yoxdursa, bu
ayaqqabıları qadınlığı əks etdirən donlarla geyinə bilərsiniz. Xüsusən
də dizdən olan donlar qısa dabanlı ayaqqabılara çox yaraşır.

Cinslər - Dar cinslərin qısa dabanlı ayaqqabılarla
əla göründüyünü deməyə gərək yoxdur. Cins şalvarları istədiyiniz qısa
dabanlı ayaqqabılarla birləşdirə bilərsiniz. Lakin balaqlarının çox uzun
olmamasına fikir verin.

Mini ətək - Boyunuz çox uzun deyilsə və qısa dabanlı
ayaqqabılarla ayaqlarınızın qısa görünməsindən narahatsınızsa, qısa
dabanlı ayaqqabı geyinə bilərsiniz. Mini ətəklə qısa dabanlı ayaqqabılar
bir-birini tarazladığı üçün ayaqlarınız istədiyiniz kimi görünəcək.

Bohem eleqantlığı - Qısa dabanlı səndəlləri maksi
donlarla, ya da enli balaqlı şalvarlarla istifadə edə bilərsiniz. Bu
tərzlə yazda həm rahat, həm də fərqli görünəcəksiniz.

Bol kəsimli şalvarlarla - Qalın və qısa dabanlı
ayaqqabıları bol kəsimli şalvarlarla da sintez etmək olar. Sadəcə burda
da balağının qısa olması tələb olunur. Qısa deyilsə də, balaqlarını
qatlayaraq istədiyiniz formanı verə bilərsiniz.

Publika.Az