Qoç - tələsik, düşünülməmiş qərarlar qəbul
etməyin. Günün ilk yarısında hadisələr sürətlə inkişaf edəcək.
Fikirləşmək, düşünüb-daşınmaq üçün vaxt azdır. Lakin saatlar keçdikcə
belə taktikadan imtina edin, çünki mütləq şəkildə səhvlərə və
yanlışlıqlara yol verəcəksiniz.
Günün ikinci yarısını
nisbətən sakit keçirin, usandırıcı və yorucu olmayan işlərlə məşğul
olun. Qüvvələrinizi bərpa etmək gərəkdir. Xoşagəlməz insanlarla
görüşləri ertələyin. Bu gün hisslərinizi gizlətmək asan deyil.
Buğa
- sənədlərlə iş, maliyyə hesabatlarının hazırlanması və yoxlanması,
yaxın gələcəklə bağlı planların müzakirəsi üçün əlverişli zamandır.
Nüfuzlu insanla görüşlər pis alınmayacaq. Sponsor, tərəfdaş, sərmayədar
və ya hami tapa bilərsiniz. Biznes və ya kommersiya ilə məşğul
olursunuzsa, işinizi genişləndirə bilərsiniz.
Günün ikinci
yarısında ailə üzvləri ilə münasibətlərdə fikir ayrılıqlarının,
münaqişələrin yaranmasına imkan verməyin. Ən yaxın bildiyiniz insanlara
mövqeyinizi dəqiq formada çatdırın. Yaşlı qohumlarınızdan biri sizi sərt
tənqid edəcək. Tənqidə aqressiv reaksiya verməyin, inciməyin.
Əkizlər
- günün ilk yarısında xoşagəlməz, usandırıcı və ya darıxdırıcı işlərlə
məşğul olmaq məcburiyyəti yaranacaq. Həmin işləri təxirə salmaq mənasız
və məntiqsizdir. Çünki o işləri sizin əvəzinizə kimsə görməyəcək.
İşlərin öhdəsindən nə qədər tez gəlsəniz, o qədər yaxşıdır. Maliyyə və
pul məsələlərində müvəqqəti çətinliklər yarana bilər. Alış-verişdə
nədənsə imtina etməli olacaqsınız.
Günün ikinci yarısında
planlaşdırılmamış səfər ola bilər. Axşam saatlarını ailə üzvləri ilə
keçirin. Romantik təmaslar üçün əlverişli gün deyil. Sevdiyiniz insanla
münasibətlərdə problemlər yarana bilər.
Xərçəng -
anlaşmalar və sövdələşmələr üçün uğurlu, düşərli zamandır. Böyük həcmdə
işi başa vuraraq qarşınıza qoyduğunuz məqsədə çata bilərsiniz.
Rəqibləri üstələyin, işdə rəhbərliklə münasibətləri normallaşdırın.
Bütün bunların asanlıqla başa gələcəyini düşünməyin.
Yeni əməkdaşlıq, tərəfdaşlıq, köç və ya işgüzar təklifin alınması istisna deyil.
Günün
ikinci yarısında alış-veriş etmək olar. Axşam saatlarını evdə, ailədə
keçirin. İnsanların gur olduğu tədbirlər sizi usandıracaq.
Əsəblərinizə hakim olun.
Şir -
müsbət təmayüllərin təsiri artır. Gün uğurludur. Adi və rutin işlərlə
məşğul olmaqla yanaşı, tam yeni işə, layihəyə başlaya bilərsiniz. Xarici
görkəminizə fikir verin. İmiclə eksperimentlər aparın, enerjinizi
yaradıcı məcraya yönəldin.
Günün ikinci yarısında
səhhətinizdə problemlər yarana bilər. Xəstələnməmək, ağrı hiss etməmək
üçün zəruri tədbirlərə vaxtında əl atın.
Axşam saatlarını normal istirahətə həsr edin.
Qız
- işlər çoxdur və onların tam əksəriyyəti təxirəsalınmaz, təcili həll
tələb edir. İstirahət və əyləncəni ertələyin, işlərə aktiv başlayın.
Peşəkar fəaliyyət müstəvisində yeni tapşırıqlar və problemlər peyda ola
bilər. İşdə rəhbərlik qarşınızda yeni tələblər qoyacaq. Yaxın
ətrafınızdakı insanlar sizə yardım üçün tələsmirlər. Bütün bunlar sizi
qıcıqlandıracaq.
Günün ikinci yarısında neqativ emosiyaların
təsiri altına düşməyin. Belə olarsa, işlə yanaşı, evdə də münaqişələr və
problemlərin qarşısını ala bilərsiniz.
Sevdiyiniz insan sizi xoş sürprizlə sevindirəcək.
Tərəzi
- günün ilk yarısında alacağınız xəbər sizi həyəcanlandıracaq. Yeni
məlumat planlarda dəyişikliklər tələb edir. Situasiyanı sürətlə və tez
təhlil edin. Durumu tam anlamaq üçün fəaliyyət istiqamətlərini
müəyyənləşdirin. Belədə günün yerdə qalan hissəsi normal keçəcək. Birgə
layihələrlə bağlı işlərə başlamaq olar. Yardım və dəstək vəd edən
insanlar sözlərinə əməl edəcəklər.
Romantik münasibətlər üçün əlverişli zamandır. Sevdiyiniz insanla münasibətlərdə çətinliklər olmayacaq.
Axşam saatlarında maraqlı görüş ola bilər.
Əqrəb -
yaradıcılıq fəaliyyəti üçün əlverişli zamandır. Hətta ən adi və rutin
işlərə belə yenilik gətirmək, orijinal həll yolları tapmaq mümkündür.
İşlə bağlı maraqlı ideyalar yarana bilər. Onları yetərli səviyyədə
reallaşdırmaq çətin deyil.
Ambisiyalarınızın bir qismini
təmin etmək üçün karyera müstəvisində irəliləyin. Həmkarlarla
münasibətlərin korlanmaması üçün maksimum səy göstərin.
Günün
ikinci yarısında ailədə kiçik anlaşılmazlıqlar, sevdiyiniz insanla
fikir ayrılıqları ola bilər. Mühüm qərarlar qəbul etməyin. Çünki
məntiqlə yox, emosiyaların təsiri altında hərəkət edirsiniz.
Oxatan
- adi günlərdən fərqli olaraq bu gün işlərin əksəriyyəti sanki düyünə
düşüb. Əsla tanımadığınız insanlar sizə problemlər yaratmağa
başlayırlar. Uğursuz alış-veriş, maliyyə itkiləri istisna deyil. Bu gün
başlayacağınız işləri mütləq şəkildə başa vurun. Tam uğura nail olun.
Qətiyyətli
və iradəli davransanız, bunu görəcəklər. Məhz belə davranış sizə
maraqlı insanların rəğbətini qazanmağa yardım edəcək.
Günün
ikinci yarısında şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri artır.
Yaxınlarınızla tez dil tapırsınız. Sevdiyiniz insanla mübahisə etməyin.
Axşam saatları romantik görüşlər üçün münasibdir.
Oğlaq
- bu gün maraqlı işlər görəcək, mühüm məsələləri həll edəcəksiniz.
Peşəkar fəaliyyət müstəvisində ciddi irəliləyişlərə nail ola bilərsiniz.
Rəqibləri üstələmək üçün bir qədər fəndgirlik və hiyləgərlik edin.
Uzunmüddətli əməkdaşlığa başlamaq üçün əlverişli zamandır. Belə
tərəfdaşlıq çox sərfəli olacaq.
Günün ikinci yarısında
emosional fon stabil deyil. Əhvalınız ən xırda məsələyə görə pozula
bilər. Nikbin olun, bədbinliyə qapılmayın. Səhhətinizə fikir verin. Qida
zəhərlənməsi riski oldğundan yeməyinizə fikir verin.
Dolça -
işdə problemlər, həmkarlar və rəhbərliklə münasibətlərdə problemlər
yarana bilər. Sizə yetərincə dəyər verilmədiyini, əməyinizin
qiymətləndirilməyəcəyini düşünə bilərsiniz. İş yerinin dəyişdirilməsi
barədə qəti qərar verməyə tələsməyin.
Günün ikinci yarısı sizi yaxşı xəbərlər və cazibədar təkliflərlə sevindirəcək. Məhz bu zaman qərar vermək olar.
Yaşam potensialının səviyyəsi yüksək olduğundan səhhətinizdə problemlər yaranmayacaq. Sükan arxasında çox vaxt keçirməyin.
Axşam saatlarında özünüzü çox yormayın.
Balıqlar
- ciddi və genişmiqyaslı işlərə başlamaq üçün əlverişli zamandır. İlk
uğurlara tezliklə nail olacaqsınız. İşgüzar danışıqlar pis keçməyəcək.
Mühüm sənədlər imzalamaq, anlaşma və sövdələşmələrə nail olmaq üçün
yaxşı gündür.
Yeni bilik və bacarıqların əldə olunmasında irəliləyişlərə nail olun.
Günün
ikinci yarısı xoş görüşlərlə sevindirəcək. Dostlarla vaxt keçirəcək,
ailəvi tədbirdə deyib-güləcəksiniz. Sevdiyiniz insana qısqanclıq üçün
səbəb verməyin. Belə anlaşılmazlıq yaranarsa, münasibətlərinizi uzun
müddətə korlaya bilər.
Axşam saatlarında normal geyinin. Soyuqdəymə və zökəm riski var.
Milli.Az