«Azərbaycan Hava Yolları» QSC (AZAL) Rusiyanın Perm vilayətinə yeni aviareys açır.
Perm hava limanından verilən məlumata görə, AZAL may ayında etibarən Bakıdan Permə birbaşa aviareys açmaq niyyətindədir. AZAL-ın mətbuat xidmətinin rəisi Məhərrəm Səfərli məlumatı təsdiqləyib.
Bakı-Perm aviareysi üzrə ilk uçuş mayın 20-də gerçəkləşdiriləcək. Bakı və əks istiqamətdə uçuşlar həftədə iki dəfə - II və V günlər yerinə yetiriləcək. Aviareysləri «Airbus A319» və «A320» təyyarələri həyata keçirəcək.
Xatırladaq ki, bundan əvvəl Perm-Bakı marşrutu üzrə uçuşları «İjavia» aviaşirkəti yerinə yetirirdi. Lakin 2013-cü ilin may ayında şirkət uçuşları dayandırıb.
APA