Qoç - gərgin, hadisələrlə zəngin, maraqlı gündür.
Günün sonuna yaxın çox yorula bilərsiniz. Amma şikayətlənməyin, çünki
sonucda istədiyinizə çatacaqsınız. Yaxın ətrafınızdakı insanlar arasında
indiyədək sizə dəyər verməyənlərin münasibəti və mövqeləri dəyişir.
Onlar nəyə qadir olduğunuzu indi anlayacaqlar.
Günün
ikinci yarısında dostlar, tanışlar, köhnə müttəfiqlərlə münasibətlərdə
ehtiyatlı, sayıq olun. Hisslərinə və münasibətinə dəyər verdiyiniz
insanların xətrinə dəyməyin.
Sərt və aqressiv dəvranmasanız, çoxsaylı problemlər yarana bilər.
Buğa
- mühüm qərarlar qəbul etmək, qarşıya yeni məqsədlər qoymaq olar.
Nələrin baş verdiyini yaxşı anlamağa çalışın. Sizi təmin edəcək
ünsürləri arayın, konkret nəticə əldə etməyə çalışın. İşgüzar
münasibətlərdə və əlaqələrdə diqqətli olun. Yaxın ətrafınızdakı
insanların sizə rəğbəti var. Bu isə sizə peşəkar fəaliyyət müstəvisində
yardım edəcək.
Günün ikinci yarısında əlverişli məqamlar
yaranacaq. Çoxsaylı variantlar arasında münasib olanı seçin. Maliyyə
fonu pis deyil. Yaxşı gəlir əldə edə bilərsiniz.
Əkizlər
- gün pis deyil. Yaxın ətrafınızdakı insanlar sizi dəstəkləyəcəklər.
Bundan yararlanın, vaxtınızı mümkün qədər məhsuldar keçirməyə çalışın.
Ən çətin işlərə başlamaq olar. Sizə kimsə yardım etməsə də, geri
çəkilməyin, ruhdan düşməyin. Dərhal olmasa da, hər şey alınacaq.
Günün ikinci yarısında müvəqqəti maliyyə çətinlikləri yarana bilər. Planlaşdırılmamış xərclər, spontan sərfiyyatdan qaçının.
Sevdiyiniz
insanla münasibətlər pis olmayacaq. O şəxsi sevindirməyə çalışın.
Hadisələrə süni təkan verməyin, məcraya müdaxilə etməyin.
Xərçəng
- gün xoşagəlməz sürprizlər vəd edir. Asan uğurlara və nailiyyətlərə
bel bağlamayın. Sizi çətin, mürəkkəb işlər, yeni öhdəliklər və
tapşırıqlar gözləyir. Ötənlərdəki xoşagəlməz hadisənin əks-sədası, köhnə
borclar yenidən gündəmə gələcək.
Ruhdan düşməyin, bədbinliyə qapılmayın. Sakit və təmkinli davransanız, hər işin öhdəsindən gəlmək olar.
Günün
ikinci yarısında şəxsi münasibətlərdə təşəbbüskar olun. Münasibətlərə
yenilik edin. Təxəyyülü işə salın, yaradın. Belədə yaşamınızı daha yaxşı
edə bilərsiniz. Səyləriniz və zəhmətlərinizin dərhal nəticə
verməyəcəyini bilin. Səbrli, təmkinli olun.
Axşam saatlarında normal istirahət edin.
Şir
- hər şey istədiyiniz kimi alınmayacaq. Amma gün ümidsiz deyil. Mühüm
qərarlar qəbul etməli olacaqsınız. Çətin, ağır işləri özbaşına görməli
olacaqsınız. Yalnız belə olan təqdirdə uğur əldə edəcəksiniz. Maliyyə
fonu uğursuzdur. İtkilər ola bilər. Xərcləri azaldın.
Günün
ikinci yarısında yaxınlarınızla münasibətlərin rəvan olmasına çalışın.
Dəyər verdiyiniz insanları anlamağa çalışın. Yeni romantik macəra ola
bilər. Qəlbinizə, hisslərinizə inanın.
Qız -
yaşam potensialının səviyyəsi yüksəkdir. Enerjiniz çoxdur, ideya
qıtlığı yoxdur. Bu səbəbdən də gün uğurlu alınacaq. Etibarlı müttəfiqlər
tapsanız, çətin və usandırıcı işi təkbaşına görməyəcəksiniz. Sərfəli
anlaşma, yeni müqavilə ola bilər. Sərfəli anlaşmalar, gəlir mənbəyinin
dəyişilməsi və möhkəmlənməsi ola bilər.
Günün ikinci
yarısında dəvət aldığınız tədbirə mütləq qatılın. Həmin tədbirə getmək
istəmirsinizsə, amma getməlisinizsə, ruhdan düşməyin. Hər şey yaxşı
olacaq. Səfərlər və gəzintilər uğurlu alınacaq.
Tərəzi
- maliyyə məsələləri və uzunmüddətli əməkdaşlıqla bağlı qərarlar qəbul
etmək üçün əlverişli gün deyil. Sonradan yerinə yetirilməsi çətin vədlər
verməyin, öhdəliklərə boyun olmayın. Yeni müttəfiq və tərəfdaşı
diqqətlə seçin. Etibarınızdan sui-istifadə etmək istəyənlər var.
Günün
ikinci yarısında qəfil vizitlər ola bilər. Qonaqlar çox qalacaqlar.
Yeni tanışlıqlar nəticəsində yaranacaq münasibətlər dayanıqlı olacaq.
Həmin münasibətlərdən biri yaşamınıza önəmli təsir edəcək.
Əqrəb
- maliyyə fonu əlverişli deyil. Pullarla ehtiyatla davranın, böyük
məbləğdə xərclər etməyin. Özünüzü və yaxınlarınızı nə iləsə sevindirmək
istəyirsinizsə, bu hisslərə aldanmayın. Bədxərclik etməyin. Qarderobu
yeniləmək istəyirsinizsə, yeni geyim almayın, köhnə paltarlarla
eksperiment aparın.
Günün ikinci yarısı şəxsi münasibətlər
baxımından əlverişlidir. Diqqətli və həssas olun. Təklifləriniz qaba
təsir bağışlamamılıdır. Həddən ziyadə diqqət cəlb etməyin. Həddən artıq
diqqəti cəlb etməyin. Bədxahlar və rəqiblər daha da aktivləşəcəklər.
Oxatan
- yaranmış şəraitdən baş çıxarın, problemləri vaxtında həll etməyə
çalışın. Gün ərzində baş verəcək hadisələrdən biri yaşamınızda ciddi
dəyişikliklərə səbəb ola bilər. Situasiyanın axarı qərarlarınızın
dürüstlüyündən asılıdır. Ən çətin vəziyyətlərdə soyuqqanlı olun,
təmkinli davranın. Səbrlə, düşünüb-daşınandan sonra qəbul edilən qərar
sizə olan sayğını artıracaq.
Günün ikinci yarısında yaşam
potensialının səviyyəsi aşağı olacaq. Əhvalınız pisləşə bilər.
Meteohəssasınızsa, sayıq olun. Emosional fon əlverişli deyil.
Qıcıqlanmayın, hirslənməyin.
Oğlaq
- asan, rahat, sadə gündür. Uğur əldə etmək şanslarınız az deyil.
Nailiyyətləri əldə saxlamaq üçün bir qədər səy göstərmək gərəkdir.
Maraqlı macəralar və kəşflər sizi gözləyir. İlginc tanışlıqlar da ola
bilər.
Dəvət olunduğunuz tədbirə qatılın. Zahiri görkəminizə diqqət yetirin. Sizi bu gün paltara görə qarşılayacaqlar.
Günün
ikinci yarısında maliyyə və əmlak məsələlərini çözmək, alış-veriş
etmək, sərmayə yatırmaq olar. Zinət əşyaları, bahalı bəzəklər almaq üçün
münasib gündür.
Dolça - sizi
maraqlı görüşlər gözləyir. Onların bəziləri xoşagələn olmasa da, hər
təmasdan fayda əldə etməyə çalışın. İşgüzar danışıqlar və müzakirələr
pis keçməyəcək. Bir şərtlə ki, təklif və iradlarınız arqumentlərə
əsaslansın, dəqiq və vaxtında olsun. Belədə yüksək rütbə və ya vəzifədə
olanlar da dediklərinizə qulaq asacaqlar.
Günün ikinci
yarısında şəxsi münasibətlərdə lider olun. Buna kimsə etiraz etməyəcək.
Yaxın ətrafınızdakı insanlar təşəbbüslərinizi bəyənəcəklər. Yaradıcılıq
potensialınızın səviyyəsi yüksək olmalıdır. Təxəyyülünüz sərhəd
bilməsin. Hətta ən adi iş və məqamlarda da qeyri-adilik tapmaq olar.
Axşam saatlarında normal istirahət edin.
Balıqlar
- diqqət mərkəzində olmağa çalışın. Bilik və bacarıqlarınızı nümayiş
etdirin, yaxın ətrafınızda olan insanların diqqətini cəlb edin. İmiclə
eksperimentlər apara bilərsiniz.
Günün ikinci yarısı dəvət
aldığınız yerə yollanın. İşgüzar intuisiyanız güclü olsun. Peşəkar
fəaliyyət sahəsində qəbul etdiyiniz qərarların yanlış olmasına imkan
verməyin. Yanınızdakı insanlar addım və qərarlarınızın motivlərini
həmişə anlamırlar. Amma hadisələrin inkişaf məcrası sizin haqlı
olduğunuzu göstərəcək.
Milli.Az