1 dollar maaş aldı, 3,3 mlrd dollar qazandı
2.4.2014

Həyat tərzi Dünyanın ən böyük sosial şəbəkəsi olan "Facebook"un yaradıcısı Mark Zuserberq ötən il ancaq 1 dollar maaş alıb. Zuskerberqin maaşı simvolik səviyyəyə enib. 29 yaşlı milyonçu simvolik maaş almasına baxmayaraq sahib olduğu sosial şəbəkinin səhmlərinin bir hissəsinin satışından 3,3 milyard dollar qazanıb. 

O, 2012-ci ildə səhm satışından 2.3 milyard dollar qazanmışdı. Hazırda dünyanın ən gənc milyonçularından biri hesab edilən Mark Zuserberqin sərvəti 27 milyard dollar civarındadır.

"Facebook"un ikinci yaradıcısı olan Şerli Sandberqdə hissələrinin bir qismini satıb. O, əlindəki səhmləri iki il ərzində satışa çıxarıb. Sandberq 400 milyon dollarlıq səhmlərini əlindən çıxarıb. Hazırda onun səhmlərinin dəyəri 1 milyard dollara yaxın qiymətləndirilir.

ANS PRESS