Həyat tərzi İngiltərədə dünyanın ən gənc babası rekordu yenilənib. 27 yaşlı gəncin nəvəsi doğulub. "The Sun" qəzeti adı açıqlanmayan gəncin hazırda həbsxanada olduğunu qeyd edib. Məhkumun 14 yaşlı qızı ana olub.
İngiltərənin ən gənc babası adam öldürməkdə ittiham edilərək həbs edilib. 27 yaşlı gənc öz qızı 2 yaşında olarkən bir nəfəri bıçaqlayıb.
Məhkumun qızı isə öz həmyaşıdından hamilə qalıb. Atası körpəni dünyaya gətirməməsi üçün qızına dil töksə də, bunun heç bir faydası olmayıb. Yeniyetmə qız hamilə fotosunu Facebook səhifəsində paylaşıb. Bundan sonra onun yaxınları uşağı öldürmədiyi üçün gənc ana ilə qürur duyduqlarını deyiblər.
ANS PRESS