Görkəmli bəstəkar Asəf Zeynallının yubileyi qeyd ediləcəkdir
2.4.2014

Aprelin 5-də Azərbaycan mədəniyyətinin inkişafında mühüm xidmətləri olan görkəmli bəstəkar Asəf Zeynallının 105 illik yubileyinə həsr edilmiş tədbir keçiriləcəkdir.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə reallaşacaq tədbir V.Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbinin akt zalında olacaqdır.

AzərTAc