Şəhriyar arvadlarından birinin xəyanətindən dərin sarsılır və yer üzünün bütün qadınlarını etibarsız hesab edir.
O qadınlardan özünəməxsus şəkildə qisas alır. Belə ki evləndiyi qadını
hər gecənin səhərində qətlə yetirir. Növbə vəzirin gözəl və ağıllı qızı
Şəhrizadəyə çatanda bu dəhşətli qayda pozulur.Ağıllı Şəhrizadə şahın
niyyətini gözəl anlayır və evləndikləri gecə şaha maraqlı bir nağıl
danışır, lakin onu səhərə yaxın ən maraqlı yerində yarımçıq bitirir.
Beləliklə, hər gecə şaha bir yeni nağıl söyləyən Şəhrizadə hər nağılı
belecə tamamlamamış halda bitirir və hər yarımçıq nağılı ilə həyatını
xilas edir. Əhvalat bu minvalla düz 1001 gecə davam edir və yekunda
Şəhrizadə şahın qəzəbindən həmişəlik qurtula bilir.
Opera və Balet Teatrı
29 fevral , 11 mart - 19:00