Mark Ceykobs mövsümün ən bahalı geyimini hazırlayıb. Mark Ceykobs Louis
Vuitton-dan gedəndən sonra bütün diqqətini öz brendinə yönəldərək,
təkcə konsepsiya və dizayn məsələləri ilə deyil, həm də gəlirləriylə
məşğul olmağa başlayıb.
Belə ki, payız-qış mövsümünün ən bahalı geyimi məhz Marc Ceykobs-un kolleksiyasında olub.
Ceykobsun Nyu-York nümayişində
saundtreki "Happy Days are here again, the skies above are clear again"
sözlərini təkrar edən Cessika Lenq olub. Kolleksiyanın əsasında isə
zərif-mavidən və çəhrayıdan tünd göyə qədər səma çalarları, eləcə də
hava siluetləri dayanıb.
Bu geyimlərdən biri mövsümün ən bahalısı olub. O, orqanza və iplikdən
çiçək görünüşündə təkrarlanan fraqmentlərdən əl işi ilə toplanıb.
Parçanın hər bir metri Mark Ceykobs studiyasına 8 min dollara başa
gəlib. Geyimin isə sifarişlə qiyməti 28 min dollardır.
ANS PRESS