Məşhur WhatsApp Messenger istifadəçiləri bir gun ərzində rekord qırdı.
Bu barədə xidmətin nümayəndələri rəsmi "Twitter" mikrobloqunda xəbər yayıblar.
WhatsApp istifadəçiləri bir gündə 64 milyard mesaj göndəriblər ki, bu mesajların da 44 milyardı göndərilən, 20 milyardı isə gələnlərdir.
Qeyd edək ki , WhatsApp tezliklə Facebookun nəzarətinə keçəcək.
Xatırladaq ki, WhatsApp-ın aktiv istifadəçilərinin aylıq auditoriyası 465 milyonu ötür.
Müqayisə üçün, “Viber”dən 300 milyon insan istifadə edir.
2014-cü ilin fevralında bu messencer “Rakuten” onlayn riteylər tərəfindən 900 milyon dollara satın alınıb.
Gün.Az