Ayasofiya məscidində “Eşqi Nəbi” sərgisi - FOTO
4.4.2014

Türkiyənin İstranbul şəhərindəki Ayasofiya məscidində İslam peyğəmbəri Hz. Muhammədin (ƏS) müqəddəs doğum hgəftəsi tədbirləri çərçivəsində “Hicazdan İstanbula peyğəmbər sevgisi; Eşqi Nəbi” adlı sərgi açılacaq.

Rəsmi din qurumu “Diyanət” ilə Mədəniyyət və Turizm nazirliyinin müştəırək təşkil etdiyi sərgidə xəttatların Hz. Muhamməd (ƏS) mövzulu xətt yazıları ilə yanaşı müxtəlif İslam əsərləri nümayiş olunacaq.

İslam peyğəmbərinin dünyaya gəlməsinin 1443-cü ili münbasibəti ilə baş tutacaq sərgidə Hz. Muhammədə (ƏS) aid olub “Topkapı” muzeyində mühafizə olunan “Müqəddəs əmanətlər” də nümayiş olunacaq.

Aprelin 8-də ziyarətçilərin istifadəsinə verilməsi nəzərdə tutulan sərginin açılşında baş nazirin müavini, bəzi nazirlər və dövlət adamları iştirak edəcəklər. Sərgi iyunun 15-nə qədər açıq olacaq.




































ANS PRESS