Kök olmaq həddindən artıq arıq olmaqdan daha yaxşıdır. Həddindən artıq arıq olan insanların vaxtından qabaq ölmək riski yüksəkdir. Torontodakı Müqəddəs Mixaila xəstəxanasının həkimləri 51 araşdırmanın nəticələrini tədqiq edəndən sonra belə qənaətə gəliblər.
Onların fikrincə, həddindən artıq arıqlıqdan əziyyət çəkən böyüklərdə vaxtından tez ölmək riski normal çəkisi olanlarla müqayisədə 1,8 dəfə yüksəkdir. Artıq çəkidən əziyyət çəkənlərdə bu risk 1,2, köklərdə isə 1,3 kimi qiymətləndirilir. Belə çıxır ki, çox arıq olmaq kök olmaqdan belə təhlükəlidir.
Belə ki, normadan az çəkisi olanlarda ağciyər, ürək-damar xəstəlikləri daha çox ziyan vura bilər. Arıqlarda psixi xəstəliklərə də çox rast gəlinir. Bu isə intihara meyilliliyinin də yüksək olması deməkdir. Düzdür bu artıq çəkili olanlar üçün elə də xoş xəbər deyil. Çünki artıq çəkililərin də diabet, ürək-damar, hipertaniya kimi xəstəliklər riski elə də az deyil.
olaylar.az