Bakıda “Starbucks”ın ünvanı məlum olub
4.4.2014

Bakıda ilk dəfə olaraq “Starbucks” kafe-mağazası açılacaq.

Kafe-mağaza Neftçilər prospektində yerləşən “Port Baku Towers”in aşağı mərtəbələrindən birində fəaliyyət göstərəcək.

Bu barədə “Port Baku”dan məlumat verilib.

Bildirilib ki, hələlik danışıqlar aparılır.

“Danışıqlar başa çatdıqdan sonra “Starbucks” Bakıda açılacaq. Yəqin ki, yaxın vaxtlarda açılış mərasimi baş tutacaq”, - deyə, “Port Baku”dan bildirilib.

Qeyd edək ki, “Starbucks” – 1971-ci ildə ABŞ-da yaradılan “fastfood” şəbəkəsidir.

Şəbəkənin mərkəzi Amerika Birləşmiş Ştatlarının Vaşinqton əyalətinin Sietl şəhərindədir. İlk “Starbucks” mağazası 1971-ci ildə müəllim Jerry Baldvin və Zev Siegel ilə yazıçı Gordon Bovker tərəfindən açılıb.

1982 ci ildə iş adamı Hovard Schultz mağazanın sahiblərindən biri olub. Daha sonra o, “Starbucks”ın tək sahibinə çevrilib


Gün.Az