İş yerində ciddi dress-kod olmayanlar
daha şanslıdır. Çünki onlar istədiyi azad və rahat geyimi seçmək şansına
sahibdirlər. İş yerinizdə sərbəst geyinməyə icazə versələr də, cins
şalvarları ciddi üsluba salaraq rəsmi görünə bilərsiniz.
Tünd rənglər -
Ofis üçün ən uyğun rəng tünd cinslərdir. Qara, qaranın tonları, tünd
göy, tünd boz cins şalvarlar çox sadə göründüyü üçün diqqət çəkməzlər.
Xüsusən də qara cinsləri istədiyiniz qədər geyinə bilərsiniz. Tünd göyün
də klassik və zərif göründüyünü unutmayın. Ofisdə bol kəsimli şalvarlar
geyinmək yerinə, dar kəsimli cinslərə üstünlük verin.

Pencəklə - Cins
şalvarı pencəklə birləşdirin. Pencək ciddi və klassik üslubun əsas
elementi olduğu üçün idman üslubu sayılan cins şalvarları tənzimləyib
əla stil yaratmağa kömək edir. Tünd rəngli şalvarlarla naxışlı, üstündə
təsvirlər, printlər olan pencəklər geyinin. Cins şalvarınız açıq
rənglərdə olarsa, əksini edin. Yəni, bu halda pencək tünd rənglərdə,
naxışsız, bir də maksimum sadə olmalıdır.

Köynək - Geyimin iş yerinə uyğun olmasını
istəyirsinizsə, köynəyi cins şalvarın içinə soxun. Daha xanım-xatın
görünmək üçün şifon köynəklər istifadə edə bilərsiniz. Bu stili kəmərlə
tamamlamağı unutmayın.

Hündür daban ayaqqabılar -
Cins şalvarları hündür daban ayaqqabı ilə də geyinə bilərsiniz. Çünki
hündür daban ayaqqabılar idman üslubunu aradan qaldırıb zərif görkəm
bəxş edəcək. Soyuq havalarda isə dabanı hündür olan çəkmələr geyinin.
Həftə sonları gəzintiyə çıxanda cins şalvarları incə baletkalarla
uyğunlaşdırın.

Jaketlər
- Jaketlər də pencəklər kimi insanı ciddi görkəmə salır. Daha eleqant
görünmək üçün jaketin altına dar köynək geyinin. Belinizə isə kəmər taxa
bilərsiniz.

publika.az