Məşhur gürcü ansamblı "Erisioni" Bakıda
28.2.2012

Aprel ayında məşhur gürcü ansamblı "Erisioni"nin çıxışı olacaq. Ansamblın minlərlə pərəstişkarı var.
"Erisioni"nin Avropa və ABŞda keçirilən konsertlərində yüz minlərlə adam iştirak etmiş, kassalarda isə bir dənə də olsa bilet qalmayıb. Qərb mətbuatı onun yaradıcılığını şedevr adlandırıb. «Shatilis Asulo» mahnısının videoklipi reklam roliki kimi çəkilib. Klip Fransa dövlət telekanalında gün ərzində bir neçə dəfə verilirdi.
Erisioni 1885-ci ildə yaradılıb. Mövcud olduğu müddət ərzində bu ansambl dünyanın bir çox ölkələrində gürcü unikal folklorunu böyük uğurla nümayiş etdirmişdir.
O, fövqəladə uğura 1999-cu ildə Amerika və Fransa həmkarları ilə birlikdə nail olub. Ansambl tərəfindən dünya şou proqramları arasına asanlıqla daxil olan yeni şou-proqram yaradılıb. ABŞ-da "Tamara haqqında Əfsanə", Avropada "Gürcü Əfsanəsi", Asiyada "Tufan haqqında Əfsanə", Moskvada "Günəşli Gürcüstan haqqında Nağıl" kimi müxtəlif şoular ansambl tərəfindən nümayiş etdirilib. 2008-ci ildə Kiyevdə "Gürcü Xezinesi" adlı yeni şounun premyerası olub.

Opera və Balet Teatrı - 6 aprel