Bu gün od çərşənbəsidir
28.2.2012

Bu gün Azərbaycanda Novruzun 4 çərşənbəsindən ikincisi – Od çərşənbəsidir. Od çərşənbəsinin mahiyyətində odun ta qədimdən müqəddəs sayılması, insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur. Bu çərşənbə xalq arasında Üskü çərşənbə, Addı çərşənbə kimi də tanınır. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.