Aprelin 10-da Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Əməkdar Rəssam Odtəkin Ağababayevin 85 illiyi münasibətilə onun fərdi sərgisi açılacaqdır.
Azərbaycan Rəssamlar İttifaqından bildirmişlər ki, sərgidə O.Ağababayevin milli rəsm sənətimizə bəxş etdiyi dəyərli sənət nümunələrindən söz açılacaq və rəssamın müxtəlif janrlarda əsərləri sərgilənəcəkdir.
AzərTAc