Muzeylərdə “Açıq qapı” günü keçiriləcəkdir
7.4.2014

Aprelin 18-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan mədəniyyət mərkəzlərində, muzeylərdə və qoruqlarda 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar “Açıq qapı” günü elan edilmişdir.

Həmin gün Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Yasamal Rayon Heydər Əliyev Mərkəzində “Gənc turist” klublarının üzvləri üçün Sankt-Peterburqdakı dünya şöhrətli “Ermitaj” muzeyinə virtual ekskursiya təşkil ediləcəkdir.

AzərTAc