Ən kiçik boylu insan qeydə alıb - Foto
28.2.2012

Ginnesin Rekordlar Kitabı dünyanın ən kiçik boylu insanını qeydə alıb. Yeni rekordçu Nepal sakini Çandra Bahadur Danci adlı şəxsdir.
Ginnes rəsmilərinin hesablamalarına görə, 72 yaşlı Dancinin 54.6 santimetr boyu var. Ən kiçik boylu insan olaraq ona şəhadətnamə təqdim edilib.
Danci, eyni zamanda, son 57 ildə ən kiçik boyu olan insan kimi rekord vurub.
Qeyd edək ki, Danci Nepalın Rhimxoli şəhərində yaşayır və onun 5 qardaşının beşinin də boyu kiçikdir. Boyunun kiçik olmasına görə, o, heç vaxt evdən çölə çıxmır və ancaq ev işləri görür.